hemle

Şeyx Misirə gedir

Tarix:17-10-2023, 10:33
Baxış Sayı:1 062

Bu gün Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Misir Ərəb Respublikasına səfərə yola düşür.

Bu barədə QMİ-nin Mətbuat xidmətindən bildirilib.

Səfər Misirin baş müftisi Şövqi Əllamın dəvəti ilə həyata keçirilir. A. Paşazadə 18-19 oktyabr tarixlərində Qahirə şəhərində keçiriləcək Dünya Fətva Heyətləri Baş Katibliyinin Forumunda iştirak və məruzə ilə çıxış edəcək.

Qahirə Forumunda bu il Dünya Fətva Heyətləri Baş Katibliyininin nüfuzlu “İmam Qürafi mükafatı”na layiq görülmüş A. Paşazadənin təltifolunma mərasimi baş tutacaq.

Səfər çərçivəsində QMİ sədri üzvü olduğu Beynəlxalq Müsəlman Ağsaqqalları Şurasının sədri, Əl-Əzhəri Şərifin baş imamı Şeyx Əhməd ət-Təyyib ilə və Misir dövlətinin rəsmiləri ilə görüşlər keçirəcək.

Digər xəbərlər
21:23 Bu tarixdən hava yenidən korlanacaq - XƏBƏRDARLIQ
21:19 "Google" istifadəçilərinə təcili XƏBƏRDARLIQ - Saniyələr ərzində bütün məlumatlar silinə bilər
21:17 Sahibkarların NƏZƏRİNƏ: Cərimələnə bilərsiz
21:14 Düşənbədə Azərbaycan Mədəniyyəti Günləri keçiriləcək
19:58 Prezidentin Avropa Zirvəsi - Bakı-Brüssel xəttində yeni mərhələ başlayır
19:54 Ərdoğan şad xəbəri ELAN ETDİ - Qara dənizdə nə tapılıb?
12:14 Agentlikdən "Son zəng"də şagirdlərin geyim forması ilə bağlı xəbərdarlıq
12:10 Qızıl satanlar cərimə oluna bilər