hemle

“Gözümüzün yaşı qurumur!” - Erməni əsirliyindəki Hüseynin ANASI

Tarix:9-10-2023, 14:30
Baxış Sayı:57

"Bu gecə bacısı ilə bir-birimizdən xəbərsiz onu yuxuda görmüşük".

Bunu Modern.az-a Ermənistanda əsir saxlanılan hərbçimiz Hüseyn Axundovun anası Şəlalə Axundova oğlu ilə bağlı gördüyü yuxudan danışarkən deyib.

“Görürəm qayıdıb gəlib, elə gözəlləşib. Üzünü qırxıb, başında yumru əsgər papağı var. Xalası qucaqlayır, ağlayır. Soruşur ki, niyə xəbərsiz gəlmisən? Mən də çıxıb görürəm ki, Hüseyn gəlib. Qucaqlayıb öpürəm, deyirəm bir də tək qoymayacam səni.

Bacısı isə yuxuda görür ki, dənizdə batır, çıxarmaq istəyir, dalğa aparır. İnşallah, bu yuxular xeyirə yozular. Səhər açılandandan gözümüzün yaşı qurumur”.

Ana oğlu ilə sonuncu dəfə sentyabr ayında danışdıqlarını deyib.

Xatırladaq ki, Azərbaycan ordusunun əsgərləri - 2004-cü il təvəllüdlü Aqşin Bəbirov və 2003-cü il təvəllüdlü Hüseyn Axundov 2023-cü ilin aprel ayında sərhəd zonasındakı dumanlı hava şəraiti səbəbindən yolu azaraq qonşu Ermənistan ərazisinə keçiblər. Daha sonra onlar Ermənistan hərbçiləri tərəfindən əsir götürülüblər.

İrəvanda Aqşin Bəbirov və Hüseyn Axundov “Ermənistanın dövlət sərhədini qanunsuz keçməkdə, odlu silah və döyüş sursatı daşımaqda" ittiham olunublar. Qondarma məhkəmə prosesində Aqşin Bəbirova 11,5 il, Hüseyn Axundova isə 20 il müddətinə həbs cəzası verilib.

“Gözümüzün yaşı qurumur!” - Erməni əsirliyindəki Hüseynin ANASI

Digər xəbərlər
22:05 "ChatGPT"nin yeni modeli istifadəyə verildi - Bunlar mümkün olacaq
22:02 "Telegram"da YENİLİK
21:57 Məhkəmədə işğal zamanı polislərimizin başına gətirilənlər göstərildi
21:50 Pakistan ELAN ETDİ: Hindistanla mayın 18-dək...
15:21 Azərbaycanda yeni medal təsis olundu
15:16 Dövlət qulluqçularının əlavə təhsili ilə bağlı fərmanda dəyişiklik olundu
15:11 Məşhur diş pastalarında zəhərli maddələr aşkarlandı - Azərbaycanda da satılır
15:06 Bu yol tam bağlanacaq - Sürücülərin nəzərinə!