hemle

“Azərsky 2” peyki ilə bağlı detallar məlum olub - FOTO

Tarix:3-10-2023, 12:52
Baxış Sayı:60

“Israel Aerospace Industry” şirkətinin gələn il orbitə çıxaracağı “Azersky-2” yerin məsafədən müşahidə peyki 200 kiloqram ağırlığa malikdir, 7 il fəaliyyətdə olacaq.

“Report”un əldə etdiyi məlumata görə, peyk fəaliyyət göstərmək üçün minimum 5 km hündürlükdə olmalıdır.

Onunla 600 km hündürlükdən uzunluğu 9 km-ə, eni isə 6 km-ə qədər fotolar çəkmək mümkündür.

Bunun üçün istehsal adı “OPTSAT 500” olan mikro peykin aşağısına 50 sm diafraqmlı 2 kamera quraşdırılıb. Peykin məlumat yaddaşı 6 TB müəyyən edilib. Qurğu saniyədə 1 GB ölçüdə material ötürə biləcək.

İsrail şirkətinin peyklə bağlı şərhində deyilir ki, “OPTSAT 500” 40 illik kosmik mükəmməlliyə əsaslanır:

“Bu, yüksək keyfiyyətli təsvirlər, geniş əhatə dairəsi və sərfəli paketdə optimal performans təmin edən mikro peykdir. “OPTSAT 500”ün avionikası və faydalı yükləri şirkətin geniş kosmik irsinə, sübut edilmiş kosmik məhsullarına əsaslanır və bu, onu bu günə qədər ən yaxşı kosmik təsvir platformalarından birinə çevirir”.
Bununla belə, “Israel Aerospace Industry”dən bildirilib ki, “Azersky-2” ilə bağlı qarşıdakı günlərdə rəsmi açıqlama olacaq.

Xatırladaq ki, Bakıda keçirilən 74-cü Beynəlxalq Astronavtika Konqresi çərçivəsində ötən gün Rəqəmsal İnkişaf və Nəqliyyat nazirliyi yanında Kosmik Agentliklə (“Azərkosmos”) “Israel Aerospace Industry” arasında Azərbaycanın ikinci yerüstü müşahidə peykinin orbitə buraxılması ilə bağlı müqavilə imzalanıb.

“Azersky 2” Azərbaycanın sayca 4-cü peyki olacaq. Qalan 3 peykdən 2-si “Azerspace-1” və “Azerspace-2” telekommunikasiya peykləri, “Azerky-1” isə yerin məsafədən müşahidə peykidir.

“Azərsky 2” peyki ilə bağlı detallar məlum olub - FOTO

Digər xəbərlər
14:15 Ermənistanın Bərdəyə raket hücumu - "Maşının içinə baxanda gördüm ki, atam yanıb həlak olub"
14:12 "Kartdan karta" görə rəsmi XƏBƏRDARLIQ - 6000 manat cərimə
14:08 Yaxın Şərqdə ABŞ-Çin müharibəsi: İsrail və İran məcburi masaya oturdulacaq
14:06 "WhatsApp"a yeni funksiya gəldi: Artıq telefona ehtiyacınız yoxdur
13:54 Hindistandan Ermənistana göndərilən silah-sursat - “The Times of India” detalları açıqladı
09:05 Vətən müharibəsinin 32-ci günü: Zəngilan, Cəbrayıl və Qubadlının bir neçə kəndi işğaldan azad edilir
09:01 Dünya səyyahlarının Xudafərin körpüsünə səfəri başladı
08:36 Ermənistan hərbi cinayətkarları ədalət məhkəməsinə verməlidir - Hikmət Hacıyev