hemle

Türkiyə “Türksat 5A” peykini kosmosa göndərdi - VİDEO

Tarix:8-01-2021, 09:49
Baxış Sayı:302

Türkiyənin 5-ci nəsil peyki “Türksat 5A” “Space X” şirkətinə aid “Falcon 9” raketi ilə kosmosa göndərilib.

Bu barədə “Haber Global” məlumat yayıb.

Ölkənin Nəqliyyat və İnfrastruktur nazirinin müavini Ömər Fateh Sayan “Türksat AŞ”nin baş direktoru Cenk Şen və onu müşayiət edən digər şəxslər peykin buraxılışını izləyiblər.

Peykin Türkiyədə planlaşdırılan uçuş saatı hava şəraiti səbəbindən təxirə salınaraq, təxminən bir saat sonra, yerli vaxtla 05:15-də baş tutub.

Peykin idarəsi Gölbaşı Peyk Yer stansiyasına təhvil veriləcək və peyk oradan göndərilən əmrlərlə təxminən bir ay test ediləcək. O, kosmosda 30 il xidmət edəcək.

Türkiyə kosmosda peykə sahib olan 30 ölkədən biridir.

Ölkənin aktiv peyk sayı telekomunikasiya peyki olan “Türksat 5A” ilə dörd olacaq.

Digər xəbərlər
10:26 Qara dəniz üzərində 3 raket məhv edildi - Kim atıb?
10:23 Bu şəxslər yenidən həbs oluna bilər
10:21 Azərbaycanda Qurban bayramı qeyd olunur
10:17 Çinin yeni gizli döyüş təyyarəsi - Görün nələrlə təchiz edilib
10:15 Rusiya HƏRƏKƏTƏ KEÇDİ - Ukraynada kritik infrastrukturlar VURULUR
10:12 Paşinyanla keşişlərin amansız savaşı: Ermənistanda nə baş verir?
10:10 Bu günün hava proqnozu açıqlandı
10:07 Bakıda bayram namazı qılındı