hemle

"Azərbaycan dəhliz yaratmaq üçün hərbi addımlar atmaq niyyətində deyil" - Hikmət Hacıyev

Tarix:27-09-2023, 11:37
Baxış Sayı:3 793

"Azərbaycan Ermənistanın cənubunda quru dəhlizi yaratmaq üçün hərbi addımlar atmaq niyyətində deyil".

Bunu "Reuters"ə açıqlamasında Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

Hikmət Hacıyev qeyd edib ki, Bakı Ermənistan vasitəsilə Naxçıvanla nəqliyyat əlaqəsi yaratmaq istəyir. O, bunun hər iki ölkə və region üçün daha faydalı olacağını bildirib: "Azərbaycanın Ermənistan Respublikasının suveren ərazisində heç bir hərbi məqsədi və ya hədəfi yoxdur. Bu, Azərbaycanın gündəmindən tamamilə kənardır. Bizim Ermənistana təklifimiz sülh yolu ilə birləşdirici xətlərin, nəqliyyat xətlərinin qurulmasıdır".

Digər xəbərlər
12:23 "Azəriqaz" İB-nin baş direktoru Kürdəmir rayonunda vətəndaş qəbulu keçirib
21:54 Rusiya 1200 ukraynalının cəsədini geri qaytarıb
21:53 İsrail-İran gərginliyinə görə Həcc ziyarətindən qayıdan zəvvarlarımız çətin vəziyyətə düşdülər
21:52 Xameneinin iqamətgahlarından biri raketlə vurulub
21:51 "WhatsApp"dan YENİLİK
21:49 “Uber Azərbaycan” şirkəti və direktoru cərimələndi
21:47 Bu küçə və prospektlərdə hərəkət məhdudlaşdırılacaq
21:44 Bakı-Naxçıvan avtobus reysləri fəaliyyətini dayandırdı