hemle

Edinburqda Ermənistanın mina terrorunu əks etdirən məlumatlandırma aksiyası keçirilib - FOTO

Tarix:25-09-2023, 12:17
Baxış Sayı:1 914

Şotlandiyanın Edinburq şəhərində Ermənistan silahlı qüvvələri tərəfindən işğal illərində Azərbaycanın Qarabağ bölgəsində kütləvi şəkildə basdırılan minaların faciəvi nəticələrini əks etdirən məlumat xarakterli aksiya keçirilib.

Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Britaniya Azərbaycan Cəmiyyətinin təşkilatçılığı ilə baş tutan aksiya zamanı müxtəlif şüarları, həştəqləri və məlumatları əks etdirən LED ekranlı yük avtomobilləri Edinburq şəhərinin izdihamlı mərkəzi küçələrində hərəkət edib. Səkkiz saat davam edən aksiya zamanı avtomobil Edinburqun “Royal Mile”, “Princess Street”, “George Street”, “Victoria Street”, “High Street”, “North Bridge”, “Castle Street” və digər küçələrindən keçməklə yerli sakinlərin diqqətini cəlb edib.
Məlumatlarda Ermənistan silahlı qüvvələri tərəfindən işğal illərində Azərbaycan torpaqlarında 1,5 milyon mina basdırıldığı, 147 988 hektar ərazinin yüksək səviyyədə, 675 570 hektar ərazinin isə orta və aşağı səviyyədə çirkləndirildiyi, Ermənistanın Azərbaycana qarşı mina terroru törətməsi nəticəsində 1991-ci ildən bu günə qədər arasında qadın və uşaqlar da olmaqla 3 393 mina qurbanının olduğu kimi faktlar, stoparmeniancrimes, MapsForKarabakhSafety, KarabakhSafety kimi həştəqlər yer alıb.

Edinburqda Ermənistanın mina terrorunu əks etdirən məlumatlandırma aksiyası keçirilib - FOTO








Digər xəbərlər
09:54 Putin müharibəni buna görə dayandırmır: Onlar qayıdacaq, Rusiyada xaos yaşanacaq...
09:50 Leyla və Arzu Əliyevaların təşəbbüsü ilə uşaq evlərinin komandaları arasında turnir keçirilib
09:32 Özelə hücumda diqqət çəkən 20 illik detal - Türkiyədə nə baş verir?
09:28 Qrip peyvəndi qadınlara gözlənilməz ZƏRBƏ VURURMUŞ
09:25 Leysan, sulu qar, dolu... - Bu günün HAVASI
18:07 Ermənistanın xarici dövlət borcu artıb
18:05 Sürücülər silinən zolağa görə 3 bal və 100 manat cərimələnirlər - AÇIQLAMA
17:13 Alimlərdən Yerin dərinliklərindən fəlakət xəbərdarlığı