hemle

Hikmət Hacıyev: “İrəvan öhdəliklərindən imtina etsə, Bakı alternativ nəqliyyat marşrutları üzərində işləyəcək”

Tarix:16-09-2023, 12:20
Baxış Sayı:1 052

“Ermənistan öz öhdəliklərindən imtina etsə, Azərbaycan digər ölkələrlə alternativ nəqliyyat marşrutları üzərində işləyəcək”.

Bunu TASS-a müsahibəsində Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

“Əgər Ermənistan müxtəlif bəhanələrlə öz öhdəliklərindən imtina etsə və təcrid olunmuş vəziyyətdə qalmaq istəsə, onda Bakı gözləmək fikrində deyil və artıq regionun digər ölkələri ilə alternativ layihələr üzərində fəal işləyir. Biz logistik ehtiyaclarımızı Ermənistan hökumətinin şıltaqlıqlarına bağlamayacağıq və regional tərəfdaşlarımızla hərəkət etməyə davam edəcəyik”, - H.Hacıyev deyib.

H.Hacıyev vurğulayıb ki, Azərbaycan ardıcıl olaraq regionda bütün nəqliyyat kommunikasiyalarının açılmasının tərəfdarıdır, çünki sıx ticarət-iqtisadi əlaqələrin regionun sülh, sabitlik və rifahına töhfə verəcəyinə inanır.

“Bu kontekstdə biz həmin istiqamətdə irəliləyiş əldə etmək üçün böyük səylər göstərən Rusiya Federasiyasının mövqeyini yüksək qiymətləndiririk”, - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri qeyd edib.

H.Hacıyev bildirib ki, nəqliyyat əlaqələrinin açılması ilə bağlı danışıqlarda müəyyən durğunluq müşahidə olunur. Beləliklə, o xatırladıb ki, Rusiya Federasiyası, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli bəyanatının müddəalarından biri Zəngəzur dəhlizinin açılmasıdır ki, bu da Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında maneəsiz əlaqənin təmin edilməsi deməkdir.

“Təxminən 3 il keçsə də, sazişin bu bəndi hələ də Ermənistan tərəfindən yerinə yetirilməyib”, - Azərbaycan Prezidentinin köməkçisi bildirib.

“Zəngəzur dəhlizinin açılması, ilk növbədə, üç onillikdə Azərbaycana qarşı apardığı işğalçılıq siyasəti nəticəsində regionun nəqliyyat və logistika arxitekturasının kənarında qalan Ermənistanın özünə sərf edir”, - H.Hacıyev fikirlərini yekunlaşdırıb.

Digər xəbərlər
14:43 Bu gün ədliyyə işçilərinin peşə bayramıdır
14:38 Alimlər vaxtı müəyyən etmək üçün yeni üsul təklif etdi: Zaman ölçüsünü kim yaradıb?
14:35 Hazırlıq başladı: Ermənistan ehtiyatda olan zabitləri bu tarixdə toplayır
14:33 Xəbərdarlıq edildi: 30 milyon insan ölə bilər - Ən çox bu ölkələr zərbə alacaq
14:31 Qazaxın işğaldan azad olunan kəndlərində hazırkı vəziyyət necədi?
14:28 Putin Qərbi yenə də aldatdı: Kiyevə nüvə zərbəsi gözləyirdilər, amma...
10:00 İrəvandan Bakıya göndərilən "strateji saziş"in detalları: Nikolun planı nədir?
09:57 Qanunsuz tikinti işləri aparanların NƏZƏRİNƏ