hemle

Fransada “iPhone 12”lərin satışı qadağan edildi

Tarix:13-09-2023, 18:25
Baxış Sayı:59

Fransada “iPhone 12”lərin satışı növbəti xəbərdarlığa qədər qadağan edilib.

Fransanın rəqəmsallaşma və telekommunikasiya naziri Jan-Noel Barro (Jean-Noel Barrot) ölkədə “iPhone 12” model telefonların satışının növbəti xəbərdarlığa qədər yasaqlandığını açıqlayıb.

J.N.Barro “X” sosial media platformasında sözügedən mövzu ilə bağlı yazıb: “Amerika texnologiya nəhəngi “Apple”in növbəti yeniləməsinə qədər “iPhone 12” model telefonun satışı Fransada dayandırılır”.

Elektron cihazların insanlara yaydığı elektromaqnit dalğalarının miqdarına nəzarət edən ANFR-nin verdiyi açıqlamaya görə, 141 telefon modeli üzərində edilən nəzarətlərdə “iPhone 12”lərin Avropada icazə verilən radiasiya miqdarını keçdiyi müəyyən edilib.

Avropada bir telefon cibdə və ya əldə tutulduqda radiasiya miqdarının 4W/kq olması halda, ANFR “iPhone 12” model telefonunda bu miqdarın 5,74 Vt/kq olduğu ortaya çıxıb.

Digər xəbərlər
09:50 Xarkovda 40 partlayış qeydə alındı - Yaralılar var
09:44 İctimai nəqliyyatda yüksək səslə videoya baxanlarla necə "mübarizə" aparaq?
09:38 Kosmetik vasitələrin dəhşətli fəsadları üzə çıxdı: Mütəxəssisdən XƏBƏRDARLIQ
09:34 Sakit okeanın səviyyəsi yüksəlir: Ada dövlətləri yox ola bilər - XƏBƏRDARLIQ
09:32 Azərbaycana keçdiyi bildirilən 2 ermənidən xəbər var
09:29 "Youtube"da nasazlıq yarandı
09:27 Bakı bulvarında sakinləri narahat edən kəskin qoxunun səbəbi bilindi
10:26 Qara dəniz üzərində 3 raket məhv edildi - Kim atıb?