Türkiyə Müdafiə Sənayesi Başqanlığından (SSB) İlker Türköz Azərbaycan üzrə müşavir təyin edilib.
İ.Türköz Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı ilə birlikdə müdafiə sənayesi naziri Mədət Quliyevlə görüşüb.
Qeyd edək ki, 2022-ci ilin iyun ayında Prezident Rəcəb Tayyib Ərdoğan müdafiə sənayesindəki prioritetləri nəzərə alaraq Türkiyənin 9 ölkədəki səfirliyində bu ölkənin Müdafiə Sənayesi Başqanlığının (SSB) müşavirliyinin yaradılması ilə bağlı qərar imzalayıb.
Qərara əsasən, Türkiyənin Bakı/Azərbaycan, Doha/Qətər, İslamabad/Pakistan, Braziliya, Cakarta/İndoneziya, Kuala Lumpur/Malayziya, Maskat/Oman, Dəkkə/Banqladeş və London/İngiltərə səfirliklərində Müdafiə Sənayesi Müşavirliyi heyətinin yaradılması planlaşdırılıb.