hemle

Putin Priqojindən danışdı - “O, həyatda ciddi səhvlərə yol verdi”

Tarix:24-08-2023, 21:03
Baxış Sayı:95

Rusiya Prezidenti Vladimir Putin Tver vilayətində baş verən təyyarə qəzasında həlak olanların ailələrinə başsağlığı verib.

Bu barədə “Meduza” nəşri məlumat yayıb.

Putin Yevgeni Priqojin haqqında ayrıca danışıb.

“Mən Priqojini 1990-cı illərin əvvəllərindən tanıyıram. O, çətin taleyi olan bir insan idi və həyatda ciddi səhvlərə yol verdi. O, istedadlı insan, istedadlı iş adamı idi. Priqojin təkcə bizdə deyil, həm də xaricdə, xüsusən də Afrikada işləyirdi. Bildiyimə görə, o, dünən Afrikadan təzə qayıdıb və burada bəzi məmurlarla görüşüb.

İstintaq Komitəsinin rəhbəri bu gün səhər mənə məlumat verdi, onlar artıq bu hadisə ilə bağlı ilkin araşdırmaya başlayıblar. Proses tam şəkildə həyata keçiriləcək və sona çatdırılacaq. Burada heç bir şübhə yoxdur. Görək yaxın vaxtlarda müstəntiqlər nə deyəcək. İndi isə ekspertiza aparılır. Bu bir qədər vaxt aparır” , - deyə Putin bildirib.

Digər xəbərlər
21:35 Müharibə əlilləri və şəhid ailələrinin mənzillə təminatı müddəti UZADILDI
21:28 Trampdan Qərbə XƏBƏRDARLIQ - “Növbəti sonsuz müharibəyə...”
21:18 Ölkədə baş verən partlayışlarda neçə nəfər ölüb? - FHN AÇIQLADI
21:14 Sabah 3 rayon QAZSIZ QALACAQ
21:11 Bəzi rayonlarda şimşək çaxır, leysan yağır - FAKTİKİ HAVA
21:06 Zelenski Ərdoğanla görüşəcək
21:01 Ən böyük ixtisar dalğası - "Microsoft" minlərlə şəxsi İŞSİZ QOYACAQ
18:25 Şəhid ailələri ilə bağlı sərəncama dəyişiklik edildi