Mingəçevir su anbarında iki nəfər batıb.
“Qafqazinfo”nun məlumatına görə, Yevlax rayon sakinləri, 16 yaşlı Onur Oruclu və 17 yaşlı Hüseyn Qurbanov su anbarında çimərkən batıb.
Oruclu Onur Nicat oğlunun cəsədi sudan çıxarılıb. Qurbanov Hüseyn Məhərrəm oğlunun isə meyiti axtarılır.
Məlumata görə, yeniyetmələr Onurun ad gününü qeyd etmək üçün su anbarında çimməyə gediblərmiş.