hemle

Putin Ərdoğanla taxıl müqaviləsi üzrə danışıqlardan imtina edib

Tarix:28-07-2023, 21:10
Baxış Sayı:134

Rusiya prezidenti Vladimir Putin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın taxıl müqaviləsinin bərpasını müzakirə etmək xahişlərinə məhəl qoymayıb.

Bu barədə “The Wall Street Journal” diplomatik mənbələrə istinadən yazıb.

Onların sözlərinə görə, Türkiyə liderinin təkid etdiyi telefon danışığı hələ baş tutmayıb. Türkiyə rəsmiləri digər kanallar vasitəsilə dialoqa təkan verməkdə davam edir.

Türkiyənin Moskvadakı səfirliyində çalışmış keçmiş yüksək səviyyəli diplomat Gülru Gezer deyib ki, o, “Putin Ərdoğana əvvəlki qədər güvəndiyinə” inanmır. Onun fikrincə, Rusiya tərəfi və xüsusən də Kreml Türkiyə prezidentinin “düşüncə tərzini şübhə altına alır”. Gezer Rusiya liderinin "zənglərə (xarici dövlət başçılarından) cavab verməməsini" də qeyri-adi adlandırıb.

Bundan əvvəl Ərdoğan bu məsələni Putinlə ətraflı müzakirə edəcəyinə və taxıl müqaviləsinin davam etdirilməsini təmin etməyə ümid etdiyini bildirib .

Digər xəbərlər
14:16 Qonşu ölkə işıqsız qaldı
14:13 Bank kartınızdakı pulları belə qoruyun
14:11 Çinin Zəngəzur dəhlizinə yanaşması diqqət çəkir - "Kaspi"nin TƏHLİLİ
14:00 Külli miqdarda narkotik vasitəni ölkə ərazisinə keçirən şəxslər saxlanıldı
13:53 Rusiya bu ölkələrlə əməkdaşlığı dayandırdı: Səbəb nədir?
22:18 Müavinət və təqaüd alanlara şad xəbər: Növbəti artım...
22:17 Bakı metrosunda ediləcək dəyişikliklərlə bağlı daha bir rəsmi açıqlama
22:14 Azad olunmuş ərazilərə bu il nə qədər pul xərclənib?