hemle

Bakıda ödənişli parklanma necə təşkil edilir? - FOTO

Tarix:27-07-2023, 19:23
Baxış Sayı:76

Avtomobili saxlamağa çalışırsan və xüsusi geyimli şəxs yaxınlaşıb nəsə deyir. Düşünürsən ki, yenə ”parkovşik”dir, özünü göstərir. Şüşəni aşağı salırsan, amma görürsən ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) nümayəndəsidir, parklanma və ödəniş üçün kömək təklif edir.

“Report” Bakının Bəsti Bağırova küçəsində dövlətin təşkil etdiyi ödənişli parklanma yerindən reportaj hazırlayıb.

AYNA-da deyirlər ki, artıq üç gündür parklanma yerlərində xüsusi lövhələr qurulub. Həmin lövhələrin üzərində parklanma ərazisinin hansı zonaya aid olması, parklanma məntəqəsinin nömrəsi və ödəniş qaydaları var.

Yeri gəlmişkən, belə parklanma yerlərində ödənişlər nağdsız qaydada və iki üsulla ödənilir. Onlardan birincisi SMS vasitəsi ilə ödənişdir. Sürücü parklanmaya başladıqda avtomobilin dövlət qeydiyyat nişanını, paklanma məntəqəsinin nömrəsini və parklanma yerini SMS vasitəsi ilə 1181 nömrəsinə göndərməlidir. Parklanma başa çatdıqda isə “SON” yazıb yenə 1181 nömrəsinə göndərməlidirlər.

Bakıda ödənişli parklanma necə təşkil edilir? - FOTO

İkinci ödəniş üsulu “Azparking” adlı xüsusi mobil tətbiqdir. Burada da ardıcıllıqla tələbləri yerinə yetirməklə ödənişi uğurla icra etmək olur.

Bundan əlavə, sürücülər ərazidə və şəhərin müəyyən yerlərində quraşdırılan ödəmə terminalları vasitəsi ilə mobil tətbiqdə olan hesabı artırmaq imkanına malik olacaqlar.

Parklanma ərazisində quraşdırılan lövhələrin bəzilərinin, həmçinin asfalt örtüyünün üzərində əlil arabalarının dayanması üçün xüsusi bildiriş öz əksini tapıb. Bu isə həmin ərazidə yalnız əlillərin avtomobillərini park edə biləcəyini göstərir.
Parklanma ərazisində həmçinin avtomobillərin hansı formada saxlanması göstərilir və avtomobillərin saxlanacağı yerlər xüsusi olaraq nömrələnib.

AYNA-dan verilən məlumata görə, Bəsti Bağırova küçəsi 1-ci zonaya aid olduğundan burada parklanma qiyməti ilk 15 dəqiqə çıxılmaqla hər saat üçün 0,7 manatdır. Hazırda paytaxtın digər ərazilərində də dövlətə məxsus parklanma yerlərinin saylarının artırılması üçün işlər aparılır.

Digər bri güzəşt ərazidə yaşayan sakinlər üçün nəzərdə tutulub. Belə ki, parklanma ərazilərinin 100 metrliyində yaşayan sakinlər günün istənilən vaxtında həmin yerlərdən pulsuz istifadə edə biləcəklər.

Xatırladaq ki, iyunun 25-də Nazirlər Kabineti “Nəqliyyat vasitələrinin parklanmasına görə ödənişin məbləği”ni təsdiq edib. Təsdiq edilmiş sənədə görə, Bakının parklanma yerləri “Mərkəz”, birinci, ikinci, üçüncü və dördüncü zonalar olmaqla beş yerə bölünüb. Hər saat üçün “Mərkəz”də bir manat, birinci zonada 0,70 manat, ikinci zonada 0,40 manat və üçüncü zonada isə 0,30 manat ödəniş tələb olunacaq. Sonuncu dördüncü zonada isə parklanma ödənişsizdir. Bundan əlavə, digər parklanma zonalarında həftə sonu və həftə içi 22:00-dan 07:00-dək avtomobillərin parklanması ödənişsiz olacaq.









Digər xəbərlər
08:33 Hansı hallarda şəxsə təyin edilmiş cəzadan daha yüngül cəza təyin edilə bilər?
08:30 Ən ağıllı insanlar bu qan qrupundan olurlar
08:25 "Nissan" Yaponiyadakı zavodlarını bağlayacaq
08:20 Robotlar artıq insanı təqlid etməyə yox, anlamağa başlayır
08:17 Hər il 8 milyon insan tütün səbəbindən ölür - Qlobal statistika açıqlandı
08:15 Alimlər Marsda həyatın olması ilə bağlı məşhur fərziyyələrdən birini təkzib ediblər
08:11 Miqren ağrıları zamanı bu qida və içkilər köməyə gələ bilər
08:08 Ağdamın Kəngərli kəndinə növbəti köç karvanı yola salındı