hemle

AXCP də qeydiyata alınmadı - Əli Kərimli açıqladı

Tarix:20-07-2023, 08:53
Baxış Sayı:86

Ədliyyə Nazirliyi Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) təqdim etdiyi üzvlük siyahılarında çatışmazlıqlar aşkar edib.

Bu barədə partiyanın sədri Əli Kərimli məlumat verib.

O qeyd edib ki, partiya Ədliyyə Nazirliyinə 5315 nəfər üzvün məlumatlarını təqdim edib. Onlardan 2497 nəfər barədə məlumatlar (adı, soyadı, ata adı, doğulduğu tarix) düzgün göstərilməyib.

Bildirilib ki, 119 nəfərin başqa partiyalara üzvü olduğu müəyyən edilib, 59 şəxs barədə məlumatlar təkrarlanıb, 609 nəfər isə AXCP üzvü olmadığını bildirib.

Xatırladaq ki, Azərbaycanda siyasi partiyaların təkrar qeydiyyata alınması prosesi həyata keçirilir. Rəsmi məlumata görə, 27 siyasi partiya üzvlərinin siyahısını nazirliyə təqdim edib. Bildirilib ki, “Siyasi partiyalar haqqında” Qanuna əsasən partiyaların üzvlərinin reyestrinin qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması zamanı onların bəzilərində qüsurlar, o cümlədən – üzvləri olmayan, vəfat etmiş şəxslərin reyestrə daxil edilməsi, bəzi şəxslərin adlarının təkrarlanması halları aşkarlanıb.

Nöqsanlarla bağlı partiyalara məlumat göndərilib, reyestrdə aşkar olunmuş çatışmazlıqların aradan qaldırılması üçün 30 gün vaxt verilib. Qeydiyyata alınmayanlar sırasında REAL və Müsavat partiyaları da var. Nazirlik hər iki siyasi partiyaya sənədləri qaydasına salmaq üçün vaxt verib.

Digər xəbərlər
08:33 Hansı hallarda şəxsə təyin edilmiş cəzadan daha yüngül cəza təyin edilə bilər?
08:30 Ən ağıllı insanlar bu qan qrupundan olurlar
08:25 "Nissan" Yaponiyadakı zavodlarını bağlayacaq
08:20 Robotlar artıq insanı təqlid etməyə yox, anlamağa başlayır
08:17 Hər il 8 milyon insan tütün səbəbindən ölür - Qlobal statistika açıqlandı
08:15 Alimlər Marsda həyatın olması ilə bağlı məşhur fərziyyələrdən birini təkzib ediblər
08:11 Miqren ağrıları zamanı bu qida və içkilər köməyə gələ bilər
08:08 Ağdamın Kəngərli kəndinə növbəti köç karvanı yola salındı