hemle

Prezident MDB ilə bağlı sazişin icrası barədə sərəncam imzaladı

Tarix:10-07-2023, 13:52
Baxış Sayı:112

Azərbaycan Prezidenti İlham Əliyev “Saxta əmtəə nişanlarının və coğrafi göstəricilərin istifadəsinin qabaqlanması və qarşısının alınması üzrə MDB iştirakçısı dövlətlərinin əməkdaşlığı haqqında Saziş”in icrası ilə bağlı səlahiyyətli orqanların (qurumların) müəyyən edilməsi barədə sərəncam imzalayıb.

Sərəncama əsasən, 2021-ci il mayın 28-də Minsk şəhərində imzalanmış “Saxta əmtəə nişanlarının və coğrafi göstəricilərin istifadəsinin qabaqlanması və qarşısının alınması üzrə MDB iştirakçısı dövlətlərinin əməkdaşlığı haqqında Saziş”in Azərbaycan Respublikası tərəfindən həyata keçirilməsi üzrə səlahiyyətli orqanlar (qurumlar) qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi və Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi müəyyən ediliblər.

Azərbaycan Xarici İşlər Nazirliyi bu sərəncamın 1-ci hissəsində göstərilən Sazişin Azərbaycan Respublikası tərəfindən həyata keçirilməsi üzrə səlahiyyətli orqanların (qurumların) müəyyən edildiyi barədə Müstəqil Dövlətlər Birliyinin İcraiyyə Komitəsinə bildiriş göndərəcək.

Digər xəbərlər
18:24 “Bolt”da artıq pul tutulur - DİQQƏTLİ OLUN
18:22 Bakıda 110-a yaxın bina SÖKÜLƏCƏK - Hamısı bu rayonun ərazisindədir
18:19 Gözdən yayınmış rəng: Alimlər görün nə kəşf etdi
18:14 Həkimlər xəbərdarlıq etdi: İdeal təzyiq ölçüsü bu qədər olmalıdır
18:08 Papa öldü: Yeni Papanın Bakıya münasibəti necə olacaq?
18:03 Yeni Papa nə vaxt və necə seçiləcək? – Ağ tüstü göründükdə...
18:01 Bu şəxslərə birdəfəlik maddi yardım veriləcək - Sərəncam
17:58 ABŞ yeni Papanın seçilməsi üçün plan qurub: Rusiya açıqladı