hemle

O QATARIN DALINCA BAXMA….

Tarix:3-07-2023, 18:40
Baxış Sayı:103

MƏNİ ALDI SƏNDƏN GETDİ BU QATAR,
GÖYLƏRDƏ BİR OVUC TÜSTÜSÜ QALDI,
SAÇIMDA ƏLİNİN TUMARI QALDI,
OVCUMDA ƏLİNİN İSTİSİ QALDI

BAXMA, BU QATARIN DALINCA BAXMA,
GÖZLƏRİNİ YORUNCA BAXMA, BAXMA….
UZAQDAN, YAXINDAN KEÇƏR BU QATAR,
GECƏLƏR YUXUMDAN KEÇƏR BU QATAR,

GÜLSƏN GÜLÜŞÜNÜ DOĞRAYAR, BİÇƏR,
AH ÇƏKSƏN AHINDAN KEÇƏR BU QATAR


Bu məşhur mahnı çox illər öncə əziz şairimiz, Türkiyədə də tanınan Ramiz Rövşənin qələmindən çıxıb. Qatara
gecikən adamın kədərli taleyini əks etdiribdir. Biz, iki qardaş ölkə arasında da məsafə problemi hələ də
yaşanmaqdadır. Ayrı düşən qohumlar, ailələr, dost-tanışlar gedib gələ bilmir, ən vacib günlərimizdə bir birimizin
yanında ola bilmirik. Amma biz çox sadiq və yaxın qardaşıq. elə ki, hər çətin vəziyyətdə, hər dara düşəndə, başımıza
fəlakət gələndə ən birinci biz çatırıq bir birimizin imdadımıza. Lakin, xalqımızın v təndaşları asan və sadə yola
Türkiyə- Azərbaycan arasında son bir neçə ildir səyahət edə bilmir. Bu mahnının sözlərində səslənən kimi iki ölkə
insanları arasında da o hüzünlü hisslər yaşanır. Amma görünməz bir duyğularla, heç kimin, heç bir medianın
diqqətini cəlb etməyən, axan qərib göz yaşları, ürəklərdəki incə sızıltıların heç birini televiziya ekranlarında,
xəbərlərdə əksi yoxdur. Daxili, gizlicə yaşanılan, mütəəssir əzab var, heç yerd danışılmayan…
Əsası 2007-ci ildə qoyulmuş Bakı- Tbilisi- Qars dəmir yolu xətti üçün qatar səfərlərini gözləyən Türkiyə- Azərbaycan
xalqı bu mahnının sözlərindəki kimi ah çəkib, gözlərini yollara dikən insanların ümidləri tükənir, fəqət, xətt hələ də
açılmır. hər il -gələn il mütləq açılacaq- deyib o ümidin işığında xəbər kanallarını gözdən qaçırmayıb, müjdəli x bəri
eşidəcəyi sabahlara oyanırlar. İki ölkədə yaşayan ailə üzvləri, qohum-əqrəbalar, dost-tanışlar bu qatar səfərlərinə
nə vaxt icazə veriləcək deyə gözlərinin kökü sarala- sarala, gözləri yollarda qalıb o muştuluq nə vaxt veriləcək deyib,
ürəyindən kim bilir nələr keçirdirlər.
2017-ci ildən etibarən bütün yol- dəmir yolu xətti inşatı mərhələsinin başa çatmış olub, yükdaşıma nəqliyyatının
başlaması ilə “ Qatarlar hələ ki, test üçün istifad yə verilib” xəbərlərini izləyəndən sonra ümidlər canlandı. Media,
televiziya kanallrında müasir, lüks vaqonların içlərinin çəkildiyi video çarxlar meydana çıxdı. Təqribən 40 saatlıq
səyahət məsafəsi nəzərdə tutulmuş vaqonlar o qədər rahat və kompakt dizayn edilib ki, video çarxları izləyən hər
kəsin bu səfərlər üçün büdcə ayırmaq üçün fikrində hesablama, təsərrüfatla pul yığmaq fikirləri ilə düşünüb
daşındıqlarından əminəm. Lakin, nə hikmətdirsə, bu test üçün olan səyahətlər hələ də sərnişin daşımaq üçün
açılmadı. testlərdən bir az əvvəldə də, xəttin Gürcüstan dövlətinin maddi imkanlarının kifayət olmamasına görə işin
yarmçıq qaldığı haqqında eşitmişdik. Sonra isə bu yarımçıq qalan məsafə üçün lazımi büdcəni bizim iki ölkənin
öhdəsinə götürdüyünü öyrəndik. Yeni bir gümanla xəttin tez zamanda başa çatacağına yeni ümidlər bəslədik.
Telefonla görüntülü danışıqlar zamanı bir birimizə səbr və nikbinlik diləyib, bir –iki ilə qədər mütləq bu səfərlərin
açılıb qatarın yola düşəcəyini gözlədik. Danışıqlarımızla bir birimizi ruhlandırıb nə möhtəşəm xəyallar qurduq. Bu
xəyallarla yaşayarkən gözümüzü təyyarədə açdıq. Göylərdəki təyyarə süzülərkən məmləkətə yaxınlaşan o qatar
yolunu göydən görə bilərikmi, düşüncəsi ilə bizi bir birimizə yaxınlaşdıracaq o relsləri axtardıq baxışlarımızla.
qəlbimizdən keçirdik ki, bu son təyyarə səfərimizdir: bir il sonra bu zaman artıq qatarın tik-tak, çık-çak səsləri ilə
pəncərələrindən küləyin əsintisində sürətlə keçdiyimiz vadiləri, dağ-təpələri, meşələri, çöl-biyabanları seyr edəcəyik.
fəqət, 2023-cü ilin ikinci yarısına çatmışıq. yenə də o çox gözlədiyimiz qatar yolu açılmayıb, avtobus səfərləri də
pandemi ilə sanki heç bir zaman belə bir şey olmamış kimi tarixə qarışıb. Bir birilərinə qovuşmanın ümidi ilə
səhərlərini dularla açan insanlar bədbinliyə qapılmamaq üçün tükənmiş ümidlərini göz yaşları ilə sulayıb,
uzaqlardakı naməlum üfüqlərə dalırlar. Uşaqlı ailələrin sərvət dəyərində təyyarə bileti almağa imkanı olduqca
çətindir, doğulduğu gündən bir çox körpənin ana vətənini hələ də görmədiyi ölkə haqqında nağılları dinləyib,
valideynlərinin qatarla səyahət hekayələri ilə böyüməkdədirlər.
Başqa bir tərəfdən Azərbaycan haqqında məlumatı olmayan və Azərbaycanı görmək üçün can atan neçə mədəni,
dövlət məmuru insanlar, xüsusən Qarabağ işğaldan azad olduqdan sonra kanallardakı Şuşa səfərlərini izləyib
Türkiyədən turistik səfərlər tərtib edən olsa, biz də Bakıya, Şuşaya gedib oraları gəzə bilsək deyib, maraqlanırlar.
Ən sonuncu dəfə Türkiyədəki seçimlərdən az əvvəl Hörmətli Prezident Rəcəb Tayyib bəy, Azərbaycan xalqına
səslənərək tez zamanda Bakı- Tbilisi- Qars dəmir yolunun sərnişin daşımaq üçün açılacağı müjdəsini vermişdi.
Yay gəldi. hələ də iki ölkədə yaşayan əzizlər, yaxınlar, sevənlər ailələr, dostlar ölkələrimiz arasındakı o ürek
darıxdıran uzuuuuunnnnnnn məsafəni- 1400 kilometrəlik yolu aşa bilməyib, xəyallarına çata bilmirlər. Bu məsafə
nə üçün xalqa bu qədər uzaqdır, qardaşlar arasındakı sərhədlər nə üçün qısalmır?
ötən gün Kayserili rəfiqəmlə mübahisə edərkən dedi ki, bacım Almanyadan Kayseriyə biletlə çox baha səyahət edir.
Neçə Lira- və ya Avro- 100 Avro gediş-dönüş bileti reklamını gördüm, bahalıdırmı ki? -deyə soruşdum.
Tabi ki, 100 Avro şu an kaç lira biliyorsun.
Sən Azerbaycana uçak bileti kaç lira Bilirsənmi, dedim.
Daha ucuzdur kəsin, biz kardeş ülkeyiz- dedi.
Acı –acı güldüm: Bir Uçak bileti Kayseri- Bakü tek gidiş -7200 Lira, yani 257 Avro civarında tutarı var-dedim
Nasıl olur-dedi, olur mu öyle şey, ama biz kardeşiz. Bir birimize bu kadar pahalıya seyahat yakışır mı?
Bəli! Hörmətli səlahiyyət sahibləri, təhlil və izahat sizindir
Bu işin əsli, hikməti nədri, nə üçün biz hələ də qatar yolu gözləyib ümidlərimiz tükənmiş halda o mahnını
xatırlayırıq?

Səni məndən aldı, getdi bu qatar,
Göyləərdə bir ovuc tütsüsü qaldı….
ürəyimizdəki həsrət yanıb kül olan tütsüsü ərş yüksələn Ahdır!
Biz nə zamana qədər bir birimizə qovuşmanın xülyası ilə qocalacağıq?

VÜSALƏ ƏLİ

Digər xəbərlər
15:20 Anlaşma Memorandumu imzalanıb
10:19 Şəhid ailələrinə güzəştlərin tətbiqi qaydaları dəyişdi
10:12 Ticarət obyektləri BAĞLANDI: 200-dən çox insan İŞSİZ QALDI
10:09 Ankaranın sərt mövqeyindən sonra ABŞ GERİ ÇƏKİLDİ - "S-400"lərin taleyi ilə bağlı YENİLİK
10:03 Tramp və Bayden həmin sənədi imzaladılar - Kritik hazırlıq başladı
10:00 İsrail-Livan razılaşması: Tərəflər hansı öhdəlikləri götürüblər?
09:57 Pensiya sistemi ilə bağlı MÜHÜM TƏKLİF: Qəbul olunsa...
09:52 Paşinyan KTMT-dən çıxmaq və Rusiya ilə münasibətləri pozmaq fikrindən daşınıb?