www.Fedai.az
Çinlilərdən sonra Ermənistana ən iri həcmli Tibbi ləvazimatlar yardımı Birləşmiş Ərəb Əmirlikləri tərəfindən edilmişdir. Yardımı göndərən şeyx Muhammad ibn Zahed əl Nahyani qardaş erməni xalqına bu yardımın edilməsinə məmnun olduğunu deyib.
O, Ermənistan prezidenti Armen Sərkisyanla yaxın dost olduğuna görə və ərəblərin ermənilərlə qradaşlıq münasibətinə görə bu yardımı göndərdiklərini bildirib.
O, qeyd edib ki, ermənilərin dar günündə biz həmişə yardım etməyə hazırıq və yaxın vaxtlarda Ermənistana iri həcmli investisiya da qoymaq fikrindəyik.
Videoda müsəlman qatili ermənilərə ərəblərin qardaşlıq nümunəsi açıq-aşkar tərənnüm edilib.
İSMAYIL TANRIVERDİ
Redaksiyadan: 2017-ci ildə ərəb şahzadəsinin anasının erməni olduğunu və İrəvana qohumlarına baş çəkməyə gəldiyini yazmışdıq. Təkrarlamaqda bir fayda var. Anası erməni olanların dövlətimiz üçün təhlükə yaratdığını dönə-dönə yazmışıq. Bu da bir nümunə.
2017-ci il. Bir neçə ərəb şahzadəsi və onların oğulları artıq üç gündür ki, Ermənistanın oliqarx siyasətçisi Qaqik Sarukyanın qonağıdır. İrəvanda dərc olunan «Qraparak» qəzeti bu barədə məlumat yayıb.
Qəzetin yazdığına görə, gələn qonaqlar arasında Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) prezidenti şeyx Zahid əl-Nahayyaninin böyük oğlu da var.
«Qraparak»ın yazdığına görə, ərəb şeyxləri Ermənistan iqtisadiyyatını dəstəkləmək üçün sərmayə qoymağa qərar veriblər. Həmçinin qəzet bildirir ki, ərəb şeyxləri İrəvandakı qohumlarını görməyə gəliblər.
Muhammad ibn Zahed əl Nahyani
Qeyd edək ki, müxtəlif erməni mənbələri iddia edirlər ki, indiki Əbu-Dabi əmiri, BƏƏ prezidenti şeyx Xəlifə ibn Zahid əl-Nahayyaninin ana tərəfi ermənidir. Bu xətlə onlar həm də Səudiyyə kralı Samanla da qohumdurlar, erməni mətbuatı kral Salmanın da anasının erməni olmasından yazırlar.
Erməni mətbuatının yazdığına görə, Səudiyyə krallığının əsasını qoymuş Abdel Əziz ibn Saud 1915-ci ildə başlamış erməni qiyamı zamanı Türkiyədən qaçmış erməni qızı ilə evlənib.
Ərəb şeyxlərinin Ermənistana sərmayə yatırması bu ölkənin gücləndirilməsi deməkdir ki, bu da, dolayısı ilə, Qarabağın Ermənistan ordusu tərəfindən işğalına dəstək verməsidir.
İndi anladınızmı, niyə anası erməni olanlar dövlətin strateji qollarından uzaqlaşdırılmalıdır. Üzdə İKT-də bizə dəstək olan ərəblərdən ibrət götürün…
Kral Salman