hemle

Yevlaxda ağır qəza: Ölən və yaralananlar var

Tarix:29-05-2023, 10:39
Baxış Sayı:91

Ötən gün Mingəçevir-Bəhrəmtəpə avtomobil yolunun Yevlax rayonu Kolanı kəndinin ərazisindən keçən hissəsində yol qəzası olub.
2003-cü il təvəllüdlü İsmayılzadə Vəfadar Eldar oğlunun idarə etdiyi “Mersedes-Benz C 200” markalı avtomobil idarəetmənin itirilməsi nəticəsində aşıb.

Qəza zamanı həmin maşında olan sərnişin 2007-ci il təvəllüdlü Fərzəliyev Şahlar Səxavət oğlu hadisə yerində ölüb, digər sərnişinlər, 2006-cı il təvəllüdlü Hacızadə Məhəmməd Elnur oğlu, 2003-cü il təvəllüdlü Məhərrəmov Mikayıl Həsrət oğlu və Yusufov Əli Pərviz oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Bərdə şəhəri Diaqnostika Mərkəzinə aparılıblar.

Avtomobilin sürücüsü V.İsmayılzadəni hadisə yerində aşkar etmək mümkün olmayıb. Hadisə “Yuxarı Qarabağ” kanalına yaxın ərazidə baş verdiyindən hadisə vaxtı onun kanala düşməsi ehtimal olunur.

Sürücünün tapılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Digər xəbərlər
23:35 İlham Əliyev Çinin Sinxua agentliyinə müsahibə verib
23:35 Emin Əmrullayevdən kurikulumlarla bağlı YENİ QƏRAR
23:34 Pezeşkian: "İran ABŞ ilə nüvə sazişi bağlamağa hazırdır"
23:33 Paşinyan Azərbaycana barter təklif edir
23:32 Rahim Novruzova yüksək vəzifə verildi
23:31 Sabunçu Rayon İcra Hakimiyyətində təyinat
23:30 16 milyon dollar sərvəti kimə qalacaq?
23:30 Sabah bu ərazilərdə işıq olmayacaq