hemle

Milli Məclisin növbədənkənar iclasları keçirilə bilər

Tarix:26-05-2023, 09:36
Baxış Sayı:81

Milli Məclisin yaz sessiyasının son plenar iclası keçiriləcək.

Parlamentin yaz sessiyası başa çatdıqdan sonra iyun ayında növbədənkənar iclasların çağırılacağı gözlənilir.

Məlumata görə, iyunda parlamentin azı iki növbədənkənar iclasının keçirilməsi planlaşdırılır.

İyun ayının sonlarında deputatlar növbədənkənar iclasları başa vurub, sentyabrın 15-nə kimi yay tətilinə yollanacaqlar.

Prosedur qaydalarına əsasən parlamentarilər sentyabrın 15-də növbəti payız sessiyasının komitə iclaslarına start verərək, fəaliyyətlərini davam etdirəcəklər.

Qeyd edək ki, parlamentin növbədənkənar sessiyalarını Milli Məclisin sədri Azərbaycan Prezidentinin və ya qanunverici orqanın 42 deputatının tələbi əsasında çağırır. Növbədənkənar sessiyanın gündəliyini müvafiq olaraq onun çağırılmasını tələb edən tərəflər müəyyənləşdirir.

Digər xəbərlər
09:55 COVID-19-un yeni dalğası Asiyada SÜRƏTLƏ YAYILIR
09:50 Sülhə olan ümidlər zəifləyir: bu iki liderin görüşü hər şeyi həll edəcək
09:48 50 yaşdan sonra necə sağlam qalmaq olar? - Psixiatr MƏSLƏHƏTİ
09:42 “Avroviziya”nın bütün finalçıları məlum oldu - YENİLƏNDİ
09:38 Bu gün də yağış yağacaq
09:33 Trampa dövlət ordeni verildi
22:05 "ChatGPT"nin yeni modeli istifadəyə verildi - Bunlar mümkün olacaq
22:02 "Telegram"da YENİLİK