hemle

Rusiyanın seçkilərə təsir cəhdləri ilə bağlı... - Çavuşoğlu

Tarix:22-05-2023, 07:58
Baxış Sayı:81

Rusiya tərəfindən Türkiyədə keçirilən prezident seçkilərinə təsir etmək cəhdləri barədə məlumat daxil olmayıb.

Bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlunun müvafiq ittihamlarına münasibət bildirərkən deyib.

"Cənab Kılıçdaroğlu Rusiyaya qarşı təhdidlər dilə gətirib. Heç bir səbəbi olmadan ölkə ilə münasibətlərimizi korlamaq yaxşı deyil. Cənab Kılıçdaroğlundan konkret məlumatı olub-olmadığını soruşdum. Egər varsa elə bir məlumat, qoy paylaşsın. Cavab verdi ki, məndə [Rusiya tərəfinin hərəkətləri ilə bağlı] "belə təəssürat yaranıb". Türkiyədə iqtidar iddiasında olan bir müxalifət lideri daha ciddi olmalıdır. Bizə də heç bir məlumat daxil olmayıb", - deyə nazir qeyd edib.

Trend

Digər xəbərlər
22:15 Bu şəxslərə ömürlük 1500 manat verilir
22:13 Bu dərmanları pulsuz ALACAĞIQ
22:11 Miqreni olanlar bu qidaları yeməsin
22:04 Vatikan yeni Papanın taxta çıxacağı tarixi açıqladı
22:02 Prezident və xanımı Şuşa Müalicə-Sağlamlıq Mərkəzinin açılışında iştirak etdilər - YENİLƏNDİ
21:59 Şuşada inşa ediləcək dördüncü yaşayış kompleksinin təməli qoyuldu - YENİLƏNDİ
21:54 Birinci sinfə qəbul: Müsahibələrdə uşaqlara hansı suallar veriləcək?
21:50 Moskvaya getməyən Prezident sübut etdi: Dövlətin qüruru “qırmızı xətti”dir