hemle

Sabaha olan hava proqnozu

Tarix:24-04-2023, 13:40
Baxış Sayı:112

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi gündüz arabir güclənəcək.

Havanın temperaturu gecə 11-15° isti, gündüz 16-21° isti olacaq. Atmosfer təzyiqi 757 mm civə sütunundan 760 mm civə sütuna yüksələcək. Nisbi rütubət 65-75 % olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Axşama doğru tədricən kəsiləcək. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi arabir güclənəcək.

Havanın temperaturu gecə 10-15° isti, gündüz 21-26° isti, dağlarda gecə 1-6° isti, gündüz 8-13° isti olacaq.

Digər xəbərlər
21:10 "WhatsApp" istifadəçilərinə XƏBƏRDARLIQ: Dərhal...
21:08 "İnstagram"da yeniyetmələrə canlı yayım qadağası - Bu icazə şərt olacaq
21:06 Hamının içdiyi məşhur dərman kişi sonsuzluğu yaradır - Alimlər AŞKARLADI
21:03 NASA yaxın beş il ərzində Marsa astronavt göndərməyi mümkün hesab etmir
20:29 Xanlar Vəliyev təqaüdə göndərildi
20:27 Qarabağ ermənilərinin yeni pasportlarında doğum yerinin Azərbaycan göstərilməsinə aydınlıq gətirilib
20:23 ABŞ bu məhsulu Türkiyədən daşıdı: Kəskin bahalaşdı
20:19 Sabah iki rayon QAZSIZ QALACAQ