hemle

Nazir bəzi məktəb direktorlarının işdən çıxarılmasının səbəbini açıqlayıb

Tarix:17-04-2023, 16:40
Baxış Sayı:118

“Qanunvericiliyə əsasən, hər hansı məktəb rəhbərliyi barədə cinayət işi açılırsa, o halda direktor müəyyən müddətə işindən kənarlaşdırılır. Cinayət tərkibi təsdiq olunub hökm çıxarılırsa, işinə xitam verilir. Bu iki anlayış fərqlidir”.

Bunu elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında deyib.

Direktorların fəaliyyətlərinə nəzarət prosesindən danışan nazirin sözlərinə görə, bu məsələdə insanların şikayəti və hüquq anlayışı əsasdır:
“Yəni insanlar bir-birindən narazı olduğundan müxtəlif iddialar ola bilər. Misal olaraq, həyatda bəzi hallar baş verir, lakin müəyyən edilməsi mümkün olmur. Belə hallar da olur. İkinci məsələ isə direktorların seçimini bacardığımız qədər şəffaf şəkildə icra edirik. Şəffaf yolla seçilən məktəb rəhbərinin mütləq şəkildə nöqsanı olmayacaq anlayışı da ola bilməz.

Yaxud da nəyisə qəsdən etməyəcək deyə bir şey də yoxdur. Edəcəksə təbii ki, işdən azad olunacaq. Direktorun işdən azad edilməsi üçün də zəruri şərtlər var. Kimsə şikayət edəndə dərhal direktoru da işdən çıxara bilmərik. Çünki həmin şəxsin də əmək hüquqları var. Əmək qanunvericiliyi çərçivəsində işdən azad olunması mümkündür. Əks halda, direktor öz hüquqlarını müdafiə etmək üçün məhkəməyə müraciət edib işə bərpa oluna bilər. Yəni prosedur düzgün olmasa, həmin şəxslər geri qayıda bilirlər. Bu mənada qaydalara əməl etmək vacibdir”.

Digər xəbərlər
16:09 5B SİNFİNİN FƏXRİ
13:32 Evinin çıxarışı olmayanlara şad xəbər
08:54 "Günəşli" neft yatağında baş verən faciədən doqquz il keçdi
08:52 Atom bombasının yaradıcısının nəvəsindən nüvə silahı barədə məyusedici proqnoz
08:48 Yorğunluq, çəki artımı, saç tökülməsi və estetik qüsurlar - Həkim simptomların səbəbindən danışdı
08:45 Azərbaycanın təndirçilik sənəti və çörəkbişirmə üsulu UNESCO-nun qeyri-maddi irs siyahısına salınıb
08:42 Səhər yeməyində bunu yeməyin, xərçəng yaradır
08:39 Bayramı bölgələrdə keçirmək istəyənlərin NƏZƏRİNƏ - Qiymətlər ötən ildən YÜKSƏK OLACAQ