Qeydiyyatdan keçib gəlməyən uşaqların bağçadan xaric olunması prosedurunun işlənilməsi nəzərdə tutulur.
Bunu Elm və Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin müdiri Elnur Əliyev media nümayəndələri üçün keçirilən seminarda deyib.
O bildirib ki, bunun üçün normativ sənədlərə düzəliş ediləcək: "Elə etməliyik ki, növbədə dayanan valideynlər uşaqlarını bağçaya yerləşdirə bilsinlər".