hemle

İlham Əliyevdən DİN və DTX ilə bağlı FƏRMAN

Tarix:11-04-2023, 15:12
Baxış Sayı:97

“Azərbaycan Respublikasında dövlət daktiloskopik və genom qeydiyyatı haqqında” Azərbaycan Respublikasının 2018-ci il 29 iyun tarixli 1197-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 24 avqust tarixli 232 nömrəli Fərmanında dəyişiklik edilib.

Bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb.

Dəyişikliklə sənədə aşağıdakı məzmunda 2.5.3-cü yarımbənd və 2.6-cı bənd əlavə edilir:

“2.5.3. həmin Qanunun 14.1.3-cü və 14.2-ci maddələrində göstərilən şəxslərə münasibətdə - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasına qarşı hərbi təcavüz nəticəsində, o cümlədən ərazilərin işğaldan azad olunması dövründə xəbərsiz itkin düşmüş şəxslərin bioloji qohumlarına və işğaldan azad olunmuş ərazilərdə aşkar edilmiş naməlum meyitlərə münasibətdə isə Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti;

2.6. həmin Qanunun 14.4-cü maddəsində (ikinci halda) nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasına qarşı hərbi təcavüz nəticəsində, o cümlədən ərazilərin işğaldan azad olunması dövründə xəbərsiz itkin düşmüş şəxslərin bioloji qohumlarına və işğaldan azad olunmuş ərazilərdə aşkar edilmiş naməlum meyitlərə münasibətdə isə Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti həyata keçirir.”.

Qeyd edək ki, Qanunun 14-cü maddəsinin (Məcburi dövlət genom qeydiyyatı) 14.1.3-cü bəndində deyilir:

“Xəbərsiz itkin düşmüş şəxslərin bioloji qohumları (bioloji valideynlər və ya övladları ilə birlikdə ər (arvad)”.

Həmin maddənin 14.4-cü bəndində deyilir:

“Müvafiq icra hakimiyyəti orqanı tərəfindən əldə olunmuş bioloji material və məlumat DNT analizinin aparılması, DNT profilinin əldə olunması və DNT Məlumat Bankında saxlanılması üçün müvafiq icra hakimiyyəti orqanına göndərilir”.

Digər xəbərlər
15:17 Azərbaycan Zəngəzur dəhlizi ilə bağlı Ermənistanın addım atmasını gözləyir
15:04 İsrailin öldürdüyü iranlı nüvə alimlərinin SİYAHISI
15:02 İranın İsrailə hücumu nəticəsində ölənlərin sayı artdı
14:59 Sabahdan Qazaxa ilk dəfə sürətli qatarlarla sərnişindaşımaya başlanılır
14:57 İrandan Azərbaycana təxliyə edilən ruslar Moskvaya nə vaxt göndəriləcək?
14:55 İsrail İrana qarşı hərbi əməliyyatı genişləndirdi
14:53 70 min nəfərin maaşı artırılacaq
14:48 Dünya qlobal müharibəyə bu qədər yaxın olmayıb - FƏLAKƏT XƏBƏRDARLIĞI