hemle

İsrail ehtiyatda olan hərbçiləri orduya çağırdı

Tarix:7-04-2023, 19:19
Baxış Sayı:120

Livandan və Qəzza zolağından raket zərbələrinin endirilməsi fonunda İsrailin Baş Qərargah rəisi Herzi Halevi vəziyyəti qiymətləndirmək üçün təhlükəsizlik orqanları ilə görüş keçirib.

Halevi toplantıdan sonra ehtiyatda olan bir sıra əsgərlərin xidmətə çağırılması barədə göstəriş verib.

Məlumata görə, ehtiyatda olan döyüş təyyarələrinin pilotları, pilotsuz uçuş aparatları operatorları və hava hücumundan müdafiə sistemi mütəxəssisləri hərbi xidmətə çağırılacaq.

İsrailin müdafiə naziri Yoav Gallant ölkənin Daxili Təhlükəsizlik Təşkilatı Şin-Bet (Şabak), Xarici Kəşfiyyat Təşkilatı Mosssad və ordu komandanlığı ilə görüşdükdən sonra təhlükəsizlik tədbirlərinin artırılması barədə göstəriş verib.

Qeyd edək ki, aprelin 6-da Livan və Qəzza zolağından İsrail ərazisi atəşə tutulub. Aprelin 7-nə keçən gecə İsrail ordusu Qəzza zolağında HƏMAS-ın hədəflərinə də zərbələr endirib. İsrailin baş naziri Benyamin Netanyahu bildirib ki, ölkənin “düşmənləri ağır bədəl ödəyəcək".

Ümumilikdə Livandan İsrail ərazisinə 34 raket atılıb. Raketlərdən 25-nin hava hücumundan müdafiə sistemi tərəfindən vurulduğu, 5-nin İsrail ərazisinə düşdüyü bildirilib. İsrail hücumun HƏMAS qruplaşması tərəfindən həyata keçirildiyini açıqlayıb. Buna cavab olaraq İsrail ordusu Livan və Qəzzaya cavab zərbələri endirib.

Digər xəbərlər
22:20 Dünyanı gözləyən növbəti dəhşətli təhlükə
22:17 Prezident TƏSDİQLƏDİ - Azərbaycanda abidələrə vahid qaydada pasport veriləcək
22:15 Azərbaycandan getmək hüququ məhdudlaşdırılmış borclu şəxslərə SMS göndərilməsi qüvvəyə minib
22:11 Türkiyədə GÜCLÜ YANĞIN: çox sayda xəsarət alan var
22:07 “Azərbaycan tarixi xəritələrdə” - Cənubi Qafqazda heç zaman erməni dövləti olmayıb
22:05 Ermənilər Qarabağda “parad” üçün silahları bu ölkədən gətiriblər - Məhkəmədə ETİRAF
22:02 Paşinyan Ərdoğana zəng etdi: Sülh müqaviləsini müzakirə etdilər
21:59 Emosional insanlarda təhlükəli xəstəlik riski var: XƏBƏRDARLIQ