hemle

Azərbaycanda dünyanın ən uzun tunellərindən biri inşa olunur

Tarix:5-04-2023, 13:55
Baxış Sayı:196

Türkiyənin "Proyapı" tikinti şirkəti 2025-ci ilədək avtomobil yolları, körpü və tunellərin cari tikintisini bitirməyi planlaşdırır.

Bu barədə çərşənbə axşamı Trend-ə "Proyapı" şirkətinin Azərbaycandakı idarəetmə heyətinin sədr müavini Akif Aygen deyib.

Onun sözlərinə görə, şirkət minimal müddətdə "Zəfər Yolu"nu inşa edərək istismara verib.

"Füzuli-Şuşa avtomobil yolunun tikintisi davam edir. Bu yolun 2024-cü ildə tikintisinin tamamlanması və istismara verilməsi planlaşdırılır. Bundan başqa, Mincivan-Ağbənd avtomobil yolunu, Kəlbəcər-Laçın yolunu inşa etməyə davam edirik. Bununla yanaşı, Xudafərin-Qubadlı-Laçın yolunun tikintisi davam etdirilir. Bu yol Xudafərini Laçın və Gəncə ilə birləşdirəcək", - o deyib.

A.Aygen "Zabuxçay" su anbarının tikintisinin də davam etdiyini vurğulayıb.

""Zabuxçay" Qarabağda inşa olunan ilk su anbarıdır. Biz Azərbaycanın işğaldan azad edilmiş ərazilərində inşa olunacaq digər su anbarlarını da layihələndirməkdəyik", - o vurğulayıb.

Digər xəbərlər
10:13 Daşaltı əməliyyatından 33 il ötür
10:11 ABŞ koronavirusun mənşəyi haqqında öz versiyasını açıqladı
10:07 Bel ağrısının bilmədiyimiz GİZLİ SƏBƏBLƏRİ
10:04 Beynin özünübərpa potensialının xəritəsi hazırlandı
10:01 Bazar gününə olan hava proqnozu
09:58 Zənginlər üçün bunker tikiləcək - Fəlakət zamanı...
09:53 Ordumuzun vurduğu Rusiya helikopteri ilə bağlı SENSASİYA
09:48 Azərbaycanda ayı qazini parçalayıb ÖLDÜRDÜ