31 mart 2023-cü il tarixində Müharibə Veteranı Qadınlarına Sosial Yardım ictimai birliyinin təşəbbüsü ilə 1918-ci ildə 28 mart 03 aprel tarixləri arasında Azərbaycanlı soydaşlarımıza qarşı törədilmiş soyqırım cinayətinin unudulmaması üçün Azərbaycan dövlətinin inşa etdiyi Quba Soyqırım Abidə Momerialının ziyarəində olduq.
1918-ci ildə rus və erməni birləşmələrinin hiyləgər qatilliyi nəticəsində bütün Azərbaycan ərazilərində planlı şəkildə soyqırımlar həyata keçirilmişdir. Bakı, Şamaxı, Quba, Qarabağın əksər rayonlarında, Ləkəranda və digər ərazilərdə keçirilən soyqırım cinayətləri nəticəsində 50 min nəfərdən çox Azərbaycan vətəndaşları qətlə yetirilib və onların əksəriyyəti toplu məzarlıqlarda basdırılıb. Bu cinayət əməli Sovet dövründə gizlədilib. Azərbaycanın müstəqilliyi dövründə Quba soyqırımı kimi çox mətləblərin üstü açıldı. Soyqırımlar haqda çoxsaylı kitablar yazılıb, filmlər çəkilib. Lakin bu çox azdır biz bu acı həqiqətimizi dünyaya tanıtmaq üçün hələ çox iş görməliyik. Əsasəndə gələcək nəslə Quba, Şamaxı, Göyçay Lənkəran Bakı, Qarabağın Xocalı, Quşçular, Malıbəyli, Qaradağlı soyqırımlarını tanıtmalıyıq. 1918-ci ildə bir neçə gün davam edən soyqırım cinayətinin ortaq günü tarixində qeyd edilməsi 31 mart tarixində daha dəhşətli cinayətlərin baş verməsinə görə soyqırım günü 31 mart tarixinə müəyyənləşdirilib. Bizdə bu tarixi gənclərimizə anlatmayıq.
Müharibə Veteranı Qadınlarına Sosial Yardım İctimai birliyi, Vətənpərvərlər Maarifləndirmə İctimai Birliyi, Həqiqət Tarixi Araşdırmalar ictimai birliyi, Xocalı Soyqırımını Tanıtma ictimai birliyi, Qarabağ İtgin Ailələri ictimai birliyi nümyəndələri və rəhbərləri,
Türkiyədə fəaliyyət göstərən, Azərbaycanda təmilçilikləri olan Turan Elçiləri Təşkilatı, Türkiyə Azərbaycan Dostluq Dərnəkləri Federasyonu, Türkiyə Qəzeteçiler və Yayımçılar Derneyi, Manisa Azərbaycan Evi Derneyinin də təmsilçiləri Quba məzarlığının ziyarətinə gedib şəhidlərimizi rəhmətlə andılar.
Allah rəhmət eyləsin ruhu şad olsun şəhidlərimizin!
MVQSYİB-nin sədri Radə Abbas
ATESH,AZ