hemle

Xankəndi-Laçın yolunda ekofəalların aksiyası 108 gündür davam edir

Tarix:29-03-2023, 09:18
Baxış Sayı:128

Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 108 gündür davam edir.

Aksiya iştirakçıları ötən gecə boyu da yüksək fəallıq nümayiş etdiriblər.

Təhlükəsizlik qaydalarına yüksək səviyyədə əməl olunan toplanış yerində gecə boyu heç bir insident baş verməyib. Həmişə olduğu kimi, etirazçılar bu səhəri də Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə açıblar. Onlar etirazlarını yüksək əhvali-ruhiyyə ilə davam etdirirlər.

Eyni zamanda ekofəallar yolun hər iki tərəfində, hərəkətə maneə törətmədən üzərində Azərbaycan, rus və ingilis dillərində yazılmış plakatlar qaldırıb, şüarlar səsləndirirlər.

Aksiya iştirakçılarının tələbləri ilk gündən olduğu kimi, dəyişməz olaraq qalır. Etirazçılar aksiyanın keçirildiyi ilk gündən etibarən dünya ictimaiyyətini ekologiyanı qorumağa çağırırlar.

Belə ki, ekofəallar və gənc könüllülər “Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!”, “Azərbaycan vahiddir, sərvətinə sahibdir!”, “Ekoloji cinayətə son!”, “Stop ekoterror!”, “Берегите природу!”, "Экоциду нет! Мониторингу да!" şüarlarını səsləndirirlər.

Digər xəbərlər
21:24 Donuz böyrəyi köçürülmüş amerikalı qadın 61 gündür yaşayır - Yeni rekord
21:22 Ermənistanda Rusiya hərbi qulluqçusunun meyiti tapıldı
21:20 Evində “Vayfay”ı olan hər kəsin NƏZƏRİNƏ - XƏBƏRDARLIQ
21:18 Azərbaycanda qadınların və kişilərin maaş STATİSTİKASI
16:08 Avropada yeni müsəlman dövləti yaranır: sərhədsiz…
16:04 7 milyon insanı öldürən koronavirus: Süni şəkildə yaradılıb, amma... - ABŞ kəşfiyyatı
15:59 Həkimdən bəzək məqsədilə taxılan eynəklərlə bağlı XƏBƏRDARLIQ
15:56 Rəsmi Bakıdan Paşinyanın iddialarına CAVAB: "Heç bir əsası yoxdur və tamamilə gülüncdür"