hemle

Aprelin 2-də imtahan verəcək şagirdlərin DİQQƏTİNƏ!

Tarix:27-03-2023, 13:51
Baxış Sayı:158

Dövlət İmtahan Mərkəzi (DİM) aprelin 2-də keçiriləcək imtahanlarda iştirak edəcək abituriyentlərə (şagirdlərə) müraciət edib.

DİM-dən bildirilib ki, imtahanlar Bakı, Şəki, Lənkəran, Gəncə, Sumqayıt, Mingəçevir, Şirvan şəhərlərində, Abşeron, Qazax, Şəmkir, Bərdə, Sabirabad, Göyçay, Kürdəmir, Salyan, Cəlilabad, Xaçmaz rayonlarında və Naxçıvan MR-də keçiriləcək.

“İmtahana buraxılış vərəqəsi”ndə iştirakçıların hansı rayonda (şəhərdə) imtahan verməli olduqları haqqında məlumat qeyd olunub.

Aprelin 2-də aşağıdakı imtahanlar keçiriləcək:

1. Əvvəlki illərin məzunları üçün qəbul imtahanının I mərhələsi, V ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə və 11 illik təhsil bazasında kolleclərə qəbul imtahanı;

2. Müsabiqədə buraxılış imtahanında verdiyi xarici dildən fərqli dil üzrə iştirak etmək istəyən cari ilin məzunları üçün əlavə xarici dil imtahanı;

3. Qəbul imtahanını buraxılış imtahanında verdiyi dildən fərqli dil üzrə vermək istəyən cari ilin məzunları üçün əlavə tədris dili imtahanı;

4. Mart ayında keçirilmiş buraxılış imtahanlarında müxtəlif səbəblərdən iştirak edə bilməmiş və barəsində Mərkəzə müraciət edilmiş cari ilin XI sinif şagirdləri üçün buraxılış imtahanı;

5. Eksternat qaydasında XI sinif üzrə yekun attestasiyada iştirak etmək istəyən şəxslər üçün buraxılış imtahanı;

6. Buraxılış imtahanlarında müxtəlif səbəblərdən iştirak edə bilməmiş və barəsində Mərkəzə müraciət edilmiş əvvəlki illərin XI sinif məzunları üçün buraxılış imtahanı.

1-3-cü kateqoriyaya aid olan şəxslər buraxılış vərəqəsini çap etmək üçün https://www.e-gov.az/az/services/read/2516/0?tqdk_xdm=9 keçidindən istifadə etməlidirlər.

4-6-cı kateqoriyaya aid olan şəxslər imtahana buraxılış vərəqəsini çap etmək üçün https://www.e-gov.az/az/services/read/2516/0?tqdk_xdm=56 keçidindən istifadə etməlidirlər.

İmtahana buraxılış vərəqəsində imtahanın keçiriləcəyi tarix, şəhər (rayon), bina, zal, imtahanın başlanma vaxtı, iştirakçının imtahan binasına gəlmə vaxtı və s. məlumatlar qeyd olunub.

Digər xəbərlər
22:18 Müavinət və təqaüd alanlara şad xəbər: Növbəti artım...
22:17 Bakı metrosunda ediləcək dəyişikliklərlə bağlı daha bir rəsmi açıqlama
22:14 Azad olunmuş ərazilərə bu il nə qədər pul xərclənib?
22:11 İlham Əliyev “Sea Breeze”dəki layihələrlə tanış oldu
22:06 Bu məlumatlarınız təhlükədə ola bilər - RƏSMİ XƏBƏRDARLIQ
22:03 Babayan Xocalı soyqırımında iştirak etdiyini məhkəmədə etiraf etdi
22:02 Nazirliyin lisenziya vermədiyi plastik cərrahlar - Onların taleyi necə olacaq?
21:58 “Azəriqaz” İB-nin baş direktoru Bərdə və Tərtər sakinlərinin müraciətlərini dinlədi