2023-cü il 19 mart tarixində Qazaxıstanda erkən Məclis (parlamentin alt qanadı) və Maslihat (millət vəkili) seçkiləri keçirildi. Seçimi ölkə prezidenti Qasım-Comərd Tokayevin keçən ilin yanvar ayındakı protestlər nəticəsində başlatmış olduğu ard-arda reformların izləməsi olaraq görmək mümkündür. Ancaq Qazax sosioloq Serik Beyssembayev bu seçkilərin də yanvar hadisələrindən sonra ciddi dəyişikliklər gözləyən və əsas da daha açıq bir siyasi sistem istəyən xalq üçün bir xəyal qırıqlığı olacağını düşünərək bildirib ki, bu cür açıq sistemdə partiyalar bir- biri ilə eyni şərtlər altında rəqabət apara bilər və onlar beləliklə də daha çox əhalinin istəklərini təmsil etməyə can atarlar.
Seçki iyun ayında qəbul olunmuş qaydalar çərçivəsində keçiriləcək. Bu qanunların ilk gözəçarpan özəlliyi öncəki seçkilərə nəzərən yeni seçkidə partiya və namizədlərə daha asan iştirak hüququ tanımasıdır. Məsələn milli məclisə giriş üçün minimal baraj 7%-dən 5%-ə endirilib. Siyasi partiya qurmaq üçün yetərlilik sayı isə iyirmi mindən beş minə endirilib. Yeni qanuna əsasən qadınlar, gənclər və əmək qabiliyyətini itirmiş şəxslər partiya tərkibinin ən az 30%-ni təşkil etməlidirlər və bunula yanaşı müstəqil namizədlər də həmçinin iştirak edə biləcəklər (2004-cü ildən bəri ilk dəfə olaraq buna icazə verilib). Yeni şərtlərə görə 98 yerdən ibarət olan məclisin 70%-i siyasi partiyalardan, qalan 30%-i isə təkvəkilli bölgələrdən seçiləcək. Bu yeni şərtlər öz növbəsində seçkidəki rəqabəti artıracaq və eyni zamanda parlamentə daha çox yeni fikir və ideyaların gətirilməsinə imkan yaradacaq. Misal olaraq çevrə problemlərini əsas götürən Baytak (Baytaq) və iqtisadiyyatda təşəbbüskarlığa önəm verən Respublika (Respublica) partiyaları məclisdə daha çox təmsil oluna biləcəklər. Ümumilikdə Baytak, Amanat(Əmanət), Ak Jol( Ağ yol), Respublika ,Auıl (Kənd), Qazaxstan Xalq Partiyası, Sosial Demokrat Partiyası iştirak haqqı qazanıb.
Belə görünür ki, erkən seçkilər bundan əvvəlki seçkilərə nəzərən daha fərqli və ehtimal ki, daha çətin nəticələrlə bitəcək və parlamentdə əsaslı dəyişikliklərə səbəb olacaq. Seçkidən sonrakı məclisdə fikir çeşitliliyi və görüş fərqliliyi artacaq ,yeni siyasi partiyalar və müstəqil namizədlər seçiləcək. Bu da öz növbəsində daha çox sosial qrupun məclisdə təmsil olunmasına gətirib çıxaracaq. Partiyalar arasında yararlı rəqabət alovlanacaq, demokratiya və seçki əsasları möhkəmlənəcək, eyni zamanda cəmiyyət də buna əsasən hazırlanıb özlüyündə inkişaf edəcək.İdarəetmə keyfiyyəti artacaq və öncəki dönəmlərdəki millət-iqtidar münasibətləri bu dəfə daha da etibarlı özüllər əsasında yenidən formalaşacaq. Ehtimal böyükdür ki, ölkədəki öncədən demokratiyaya zidd olan nepotizm və kleptokratik halların qarşısı böyük ölçüdə alınsın. Demokratik ənənələr bərqarar olsun
Bugünkü seçkinin belə yüksək vədlər verməsinin səbəbi keçən il Qazaxstanda baş vermiş yanvar hadisələrində xalqın göstərmiş olduğu böyük iradədir. Bir çoxları üçün acı xatirələrlə yadda qalmış olsa da, bu hadisələr hökuməti silkələyib oyatmış və xalqın istəklərinə cavab verməyi vacib etmişdir. Lakin yalnız açıqlanacaq seçki nəticəsindən sonra Qazaxıstanın və Qazax xalqının gözlənilən nəticəyə nail olub-olmayacağını əminliklə müəyyən etmək olar. Məhz bu situasiyaya uyğun davranıb məntiqi sonluğu arzu etmək və gözləmək gərəkdir.
Müəllif MAMM Türküstan Araşdırmalar Departamentinin eksperti Cavidan Seyidov. (Jurnalist dostlarımız istifadə edə bilər)