hemle

Pakistanda seçkilər - Xanın partiyası qalib gəldi

Tarix:17-10-2022, 22:39
Baxış Sayı:142

Keçmiş baş nazir İmran Xanın rəhbərlik etdiyi Pakistan Ədalət Hərəkatı Partiyası (PTI) ölkədə keçirilən aralıq seçkilərində qalib gəlib.

Pakistan parlamentində 8, Pəncab regional parlamentində isə 3 yer üçün əlavə seçkilər keçirilib.

Qeyri-rəsmi nəticələrə görə, Xanın rəhbərlik etdiyi PTI ölkə parlamentində 8 yerdən 5-ni, Pəncabda isə 3 yerdən 2-ni qazanıb.

Koalisiya hökumətində yer alan Pakistan Xalq Partiyası parlamentdə 2, Baş nazir Şahbaz Şərifin rəhbərlik etdiyi Pakistan Müsəlman Liqası-Nəvaz Partiyası isə 1 mandat əldə edib.

PTI-nin baş katibi Əsəd Ömər paytaxt İslamabadda verdiyi açıqlamada xalqın iradəsinin bəlli olduğunu vurğulayaraq, erkən seçkilərin keçirilməsinin önəminə diqqət çəkib.

İmran Xan aprel ayında vəzifəsindən uzaqlaşdırılandan bəri erkən seçkilərə çağırır. Aralıq seçkilərin nəticələrindən sonra Xan və partiyasının erkən seçki çağırışını daha güclü şəkildə səsləndirəcəyi gözlənilir.

Xan iyulda Pəncabda keçirilən aralıq seçkilərində də qalib gəlmişdi.

Digər xəbərlər
15:17 Azərbaycan Zəngəzur dəhlizi ilə bağlı Ermənistanın addım atmasını gözləyir
15:04 İsrailin öldürdüyü iranlı nüvə alimlərinin SİYAHISI
15:02 İranın İsrailə hücumu nəticəsində ölənlərin sayı artdı
14:59 Sabahdan Qazaxa ilk dəfə sürətli qatarlarla sərnişindaşımaya başlanılır
14:57 İrandan Azərbaycana təxliyə edilən ruslar Moskvaya nə vaxt göndəriləcək?
14:55 İsrail İrana qarşı hərbi əməliyyatı genişləndirdi
14:53 70 min nəfərin maaşı artırılacaq
14:48 Dünya qlobal müharibəyə bu qədər yaxın olmayıb - FƏLAKƏT XƏBƏRDARLIĞI