www.Fedai.az
XAQANİ ƏDƏBOĞLU
AVMVİB Mətbuat Xidmətinin rəhbəri
Erməni adı çəkdiyim üçün hər kəsdən üzür istəyirəm…
Müxtəsər erməni gey-nosit TARİXİ
Tarixcə: (Agos erməni saytına görə)-Xars kəndinin başçısı Mironun (Mihran) nəvələrindən biri kimi Muşda doğulan, ailə başçısı Kürd Musa bəyin zülmündən Muşa qaçıb gizlənməyə çalışan bir ailənin ən gözəl qızı Gülizar qurban olaraq qaçırılır. Musa bəy bir toyda qızı görüb bəyənir və rədd ediləcəyini bildiyinə görə, həm də Mironun yerli xalqla bağlı şikayətlərini Bitlis valisi Edhem Paşaya çatdıranlardan biri olduğuna görə diqqətini çəkir. Qisas almaq üçün bir Pasxa həftəsinin müqəddəs Bazar ertəsi gecəsinin ən gözlənilməz anında gəlir. Musa bəy 150 adamı ilə Mironun evini mühasirəyə alır və Gülizarı qaçırır…
**********
… Yer üzündə haylardan axmaq bir toplum yoxdur. Əlbəttə çoxlarınızın əksini düşündüyünü bilirəm. Amma bu yığnaq bir uydurma yalan uğrunda sonuncu hayı belə görbagor etməyə hazır bir psixoz duruma salınıb. Bu toplumu Avropa min illərdir ki, Artemid və Afrodita məbəd hiyeredullarından peydahlayaraq barmağına dolamaqdadır. Psixozla təlqin etdikləri «erməni xəstəliyi» (Мания величия) yolu ilə bəşəriyyətə xas olmayan, insanlıq adına ləkə sayılan ən iyrənc işləri gördürməkdədirlər. İstənilən sahədə önə çıxarılan erməni, yalnız o sahədə pis və iyrənc işləri görmək üçün «bəsləndiyini» izləsəniz özünüz görərsiniz.Yalan, nifrət, şər-böhtan, iftira, hannibalizm, nekrofiliya, oğurluq, özündən müştəbehlik, talançılıq, satqınlıq, həsəd və s…
Gülizar (ortada, haç kolyeli), Keğam Der Garabedyan (oturmuş, solda). Soldaki çocuk Armenuhi Kevonyan, arkasında ablası Hayganuş. Muş, 1905 civarı.
Məsələn, 24 aprel 1915 -ci il günü, Osmanlı tərəfindən, erməni komitələrinin qapadılması və komitə üzvlərinin tutulması qərarının alındığı gündür. 24 aprel 1915-ci ildən etibarən, az vaxtda, 2.345 nəfər komitə üzvləri tutularaq sürgün edilmişdir. Bunu «soyqırım» kimi təqdim edən ermənilərin yalanını elə düşünürsünüz ki, dünya gücləri bilmirlər? Əlbəttə bilirlər. Bu Ermənilər yaşamaları və hay-boş qaraçıları kimi dilənmələri üçün imkan və ingilislər isə Türkiyəni daim təzyiq altda saxlamaq üçün şans əldə etmiş olurlar.
Erməni icması heç zaman öz aralarından həqiqəti görə və deyə biləcək birinin yetişməsinə şans tanımır. Çünki onların boynuna Roma və Vatikanın biçdiyi köynək budur. Onlar əksini istəsələr belə cızılmış bu yoldan kənara sapmaları mümkün deyil. Onlara «bÖyük eRmənistan» adlı bir kağız parçası yetərlidir. Bu axmaq və nadan yığnaq o xəritəni qarşısına qoyub sağlam düşüncə ilə anlaya bilmir ki, o əraziləri tutmaq üçün NATO+Rusiya+Çin+İran qədər hərbi güc və o əraziləri doldurmaq üçünsə ən azı 500 milyon insan resursu gərəkdir. Bu zavallı toplum anlamır ki, onların bu axmaqlığı ilə dünya gücləri oynayır. Bir erməni deputatı ötən illərdə belə bir aforizm işlətmişdi: «Biz erməni analarının qartal doğmalarını gözləməkdəydik, amma onlar xoruz (rusca- петух) doğmaqdadırlar.»
Bu xırda bir nüansı dünyaya «soyqırım» kimi sırıyan ermənilərin bu hərəkatının əsil mahiyyəti çox gülməlidir. Kürd Musa bəyin (bəzi mənbələrdə qardaşı oğlu) axçik Gülizarla çəkdiyi bir gecəlik keyfə görə biz türklər, 100 ildir ki, «başlıq parası», «üz ağlığı» xələti verməkdəyik. Öncə kürdlərlə düşmənlik edən ermənilər, bu gün öz PKK sevdasıyla, həm kürd xalqından qisaslarını alır, həm də onların əliylə Türkiyəyə qarşı ağalarının sifarişlərini yerinə yetirirlər. Amma təmiz qanlı əsil kürdlər yenə də bu pisliyə qarşı ön sıralardadırlar. Bu barədə az sonra məlumat verəcəyəm…
…Panarmenian saytının verdiyi xəbərə görə, 2014-cü ildə mayın 10-da Berlində «1915-ci il erməni soyqırımı: kollektiv məsuliyyətdə kürd, erməni və suryani münasibətlərinin rolu» mövzusunda konfrans keçirildi. Erməni «soyqırımı»ndan əvvəl və sonrakı cəmiyyətlərarası münasibətlər və kürdlərin barışıq və bərpa prosesindəki məsuliyyətlərini müzakirə etmək üçün keçirilən konfransda kürd ziyalılarının iki nəsli iştirak edirdi.
Erməni «Armenian Weekly» həftəlik nəşrinin redaktoru Xaçik Muradyan konfransda çıxış edərək kürd liderlərini və siyasətçilərini erməni soyqırımı qurbanlarının ədaləti təmin edilməsindəki rollarını genişləndirməyə və dərinləşdirməyə çağırdı. «Nənə və babalarım soyqırımdan sağ çıxdılar və Livanda həyatlarını sıfırdan bərpa ediblər. Mən doğulduğum zaman əslində Kilikiyadan gətirilən bir neçə şeydən birini mənə verdilər: Türk dili. Mənim üçün bu ölüm və məhv olmaq dili idi. Bu gün ilk dəfə bu dildə danışıram. Başqalarından gözlərini açıb ermənilərin əzablarını etiraf etmələrini istəmək kifayət deyil. Bizə yalnız ədalət lazımdır. Qardaşlıq və barışıq haqqında danışmayaq. Türkiyədə bu sözlərin davamlı sui- istifadədən və bu sözlərə qarşı ağır sözlər eşitməkdən bezmişəm. Ümumi ağrıdan, Anadoluda Türk pasportlarından, başsağlığı və digər cəfəngiyatlar haqqında danışmayaq. Barışıq ədalətdən keçir. Qısa yol yoxdur. Ankara Ermənistanla sərhədi bağlı saxlayır, lakin Diyarbəkir başqa bir sərhədi aça bilər: bu diasporla sərhəddi. Və bu sərhədi yalnız ədalət yolu ilə aça bilər. 24 aprel 2015-ci il tarixində Diyarbəkirdə ermənilər, suriyalılar və ponta yunanları «soyqırımın» 100-cü ildönümünü qeyd etmək üçün toplaşaq, yüz minlərlə insan toplaşacağıq və ədalətin səsini daha da gücləndirəcəyik»- deyə Muradyan bildirdi. Erməni Muradyan qardaşlıq və barışıq lazım olmadığını bəyan edir. Erməniyə barış deyil, noxtasının çəkilməsi vacib olduğu gün kimi ortadadır. Amma bir məsələ maraqlıdır. Kürdlər niyə ermənilərin yanında olmalıdırlar ki?..
Tarixi aspektdə Anadoluya Osmanlılar tərəfindən gətirilən ermənilərin bu qondarma iddiaları, əslində necə başlandığına səbəb olmuş hadisələri izlədikdə bir kürd-erməni münaqişəsi ilə rastlaşırıq. Bu münaqişə ilk başda kürd-erməni tayfa münaqişəsi kimi başlamış və daha sonra ingilislər tərəfindən miqyaslandırılmışdır.
Sadəcə iki əks mövqeli mənbəyə nəzər yetirək. Türk və türk düşməni rus bu barədə nə yazırlar?
1883-cü ildə Amerika və İngilis hökumətləri tərəfindən verilən bir nota ilə «Kürd Musa Bəy hadisəsi» olaraq adı keçən bu hadisə Bitlis vilayətində hücuma məruz qalan missionerlərə gedib çıxır. Əsl adı Musa Suphi olan Musa bəy, 1853-cü ildə Muşun Huyut mahalında yerləşən Cinyar kəndində anadan olmuşdu. Mutki qəbiləsinin başçısı Musa bəy, bölgənin köklü ailələrindən birinə aid, bölgədə geniş torpaqlara sahib olan və yerli xalq tərəfindən hörmətə layiq bir insan sayılırdı. Musa bəy 1883-cü ildə bölgəyə gələn missionerlərə hücum etməkdə ittiham edildi, lakin Amerika və İngiltərə rəsmiləri Osmanlı Xarici İşlər Nazirliyinə təzyiq göstərərək, hadisələr içərisində heç bir cinayətinin olmadığı sübut etdi. Dr. Reynolds və Knapp adlı amerikalı missionerlərin qarət cəhdindən sonra Amerika hakimiyyəti hadisəni Osmanlı İmperiyasından təzminat tələb etmək nöqtəsinə qədər davam etdirdi.
Sonra Bitlisin evlərinin birində bir erməni ölü tapıldıqda Musa bəy və kürdlər yenidən hədəfə alındılar və bu hadisə İngiltərə tərəfindən erməni təbliğatına çevrildi. Ermənilərin və Qərb dövlətlərinin şiddətli təbliğatından sonra Osmanlı hökuməti Musa bəyi nəzarət altında saxlamaq üçün iki il Muş və bir il Bitlis olmaqla sürgünə göndərməyə məcbur oldu. Soyğunçuluq, qətl və təcavüz kimi ittihamlarla qarşılaşan Musa bəy bir erməni pastorunun qardaşı qızını qaçırmaq iddiası ilə də ittiham edilir. Məhkəmədə əks olunan ittihamların içərisində Musa bəyin Gülizar adlı erməni keşişinin qardaşı qızını qaçıraraq zorla qardaşı oğlu ilə evlənməyə məcbur etdiyi bildirildi. Məhkəmədə bildirilib ki, qız təklifi qəbul etməməsinə görə Musa bəy onu döyüb. Bu hadisələrlə heç bir əlaqəsi olmayan kimi görünən Musa bəy günahsız olduğu üzə çıxdı və bəraət aldı. Sonra Musa bəy, dövlət əleyhinə hazırlanmış bir sıra zərərli sənədlərlə erməniləri üsyana hazırlayan Baqos Natyan adlı keşişi tutduqdan sonra «Musa bəy hadisəsi» yenidən 1889-cu ildə yenidən gündəmə gəldi. Bagos Natyanın Muş valisinə təhvil verilməsindən sonra Musa bəyə qarşı böyük bir təbliğat aparıldı. Musa bəy ona qarşı irəli sürülən ittihamlara görə mühakimə olundu və bəraət alsa da, Britaniya səfirliyinin müdaxilələrindən və Avropada yaratdılmış mənfi imicə görə burada qala bilmədi. Kürdləri Musa bəyə görə ermənilərin düşməni elan edib Avropa mətbuatında qatil kimi göstərdilər. Musa bəy hadisəsindən, erməni təşkilatlarının Avropada yayılması üçün bir vasitə rolunu oynadı və Avropa dövlətlərinin Osmanlılara qarşı dəstəyi üçün bir təbliğat vasitəsi olaraq istifadə edildi. Bu hadisələri şişirtməklə Avropanın dəstəyini qazanmaq istəyən ermənilər məqsədlərinə çata bilmədilər və müxtəlif əyalətlər də silahlı hadisələrə başladılar.
100 ildi Osmanlı ermənisevər cocuqlarının mirası olan bu ifritəyə oxşayan axçik Gülzarla uğraşmaqdayıq…
Xüsusilə Muş, Kahramanmaraş, Kayseri, Diyarbakır, Malatya, Şanlıurfa, Yozgat, Ərzurum, Ərzincan, Bitlis, Harput, Arapgir, Sivas kimi əyalətlərdə bu iğtişaşlar başladılar. Musa bəy ona qarşı irəli sürülən ittihamlardan bəraət aldıqdan sonra İngiltərə səfirliyi ədliyyə naziri Cevdet Paşadan sənədini surətini göndərməsini xahiş etdi və lazımi tədbirlərin görülməsini istədi. Bölgədəki erməni hadisələri erməni-kürd münasibətlərinə mənfi təsir göstərdi və münasibətlərin gərginləşməsinə səbəb oldu. Kürdlər üçün ermənilərə veriləcək muxtariyyətdən sonra bölgədə qurulacaq müstəqil Ermənistan narahatlığı artırdı. Qarşılıqlı olaraq naməlum cinayətlər törədildi və hər iki xalq üçün geniş miqyaslı neqativ hallar yaşandı. Avropa mətbuatının və İngiltərənin Osmanlı İmperiyasına etdiyi təzyiqlər nəticəsində Musa bəy yenidən mühakimə olundu və bəraət aldı. Lakin Musa bəyi sonradan Avropa mətbuatının və İngiltərənin təzyiqlərini sakitləşdirmək üçün Mədinəyə sürgün etdilər. (Musa Şaşmaz, «Kürt Musa Bey Olayı (1883-1890)», Kitabevi, İstanbul 2004, s. 29-36. ISBN:9789756403235)
İndi Eldar Tağıyevin paylaşımından bəhrələndiyim rus mövqeyinə diqqət yetirək:
Gülizar’ın torunu, tarihçi Anahid Ter Minasyan, dedesi Muş mebusu Keğam Der Garabedyan’ın Şişli Ermeni Mezarlığı’ndaki mezarının başında. (27 Mayıs 2008)
… Ruslar yazır: Kürdlər bu xalqlar arasında uzun müddət mövcud olan düşmənçilik nəticəsində ermənilərə qarşı xüsusi qəddarlıq göstərirdilər. Ayrıca, adı çəkilən ərazinin əhalisinin xeyli hissəsi ermənilər idi. Türk erməniləri türklərlə eyni mədəni səviyyədə tutulurdular. 1896-cı ilə qədər Türkiyədə erməni məsələsi yox idi, türklər özləri ilə ermənilər arasında heç bir fərq qoymazdılar. Sonuncular, ümumiyyətlə, türklərin özündən daha çox rifah içində yaşayırdılar. Təbiətən tacirlik qabiliyyətinə sahib olan, şəhərlər üzrə qruplaşmış şəkildə ticarətlə məşğul olan ermənilərin xeyli hissəsi, burada yaşayırdılar və bu ərazilərdə, demək olar ki, bütün ticarət onların əllərində idi. Yalnız kəndlərin dinc erməni əhalisinə hücum edən yarı vəhşi kürdlərlə qonşu olmaları onların həyatlarında fəsadlar yaratdı.
Lakin 1896-cı ildən vəziyyət dəyişməyə başladı; adı çəkilən ildə Bitlis bölgəsinə gələn Londondakı erməni inqilabçılarının keçmiş xarici komitəsinin bir neçə üzvünün təsiri ilə bir qrup yerli ermənilər kürdlərə qəflətən hücum etdilər. Əlbətdə ki, kürdlər borclu qalmadılar və az keçmiş, eyni ildə öz növbələrində erməni kəndlərinə hücum etdilər və bir çoxlarını da öldürdülər. Düşmənçilik başlandı. (Е.В. МАСЛОВСКИЙ. НАЧАЛО ВОЙНЫ ДО САРЫКАМЫШСКОЙ ОПЕРАЦИИ ВКЛЮЧИТЕЛЬНО)
Beləliklə, Kürd Musa bəyin qardaşı oğlu axçik Gülizarla çəkdiyi bir gecəlik keyfə görə biz türklər 100 ildir ki, «başlıq parası», «üz ağlığı» xəcaləti verməkdəyik. Bu yolda separatizmə yuvarlanıb ASALA-nın qolu olan PKK-ya simpatiya göstərən və onlara qoşulan kürdlər əsil kürd ola bilməz.Onlar axçik Gülzarın bu gün də kürdlərdən qisasını almaqda olan ermənilərə maşa olmamalıdırlar…
İndi Türkiyədə anti Türk Agos-un yazdığı axçik Gülzarın hekayəsinə baxaq:
Son nəfəsədək dirəniş
Muş Erməni Yepiskopluğunun katibi və Muş-Bitlis erməni millət vəkili və Daşnak təşkilatının öncüllərindən olan Keğam Der Garabedyan ilə evlənən Gülizar, zülmə qarşı müqavimət göstərir. Çünki dövlətin yox etmə siyasəti dəyişmir. O qədər çox şey var ki, Kürd Musa bəy bütün ittihamlardan təmizlənəcək, etiraza görə yeni bir iddia ilə Məkkəyə sürgün ediləcək və bir il sonra Sultan Əbdülhəmid tərəfindən Həmidiyə alayına rəhbər gətiriləcəkdi. Sonrası 1915 cəhənnəmidir.
Ölkəsinin həsrətiylə soyulan, sözün əsil mənasında son nəfəsinədək Gülizar öz ölümünü də dirənişə çevirir və bizə səslənir: “Keğam, onun üçün yad olan İstanbulda vətəni qəlbində Muşun həsrəti ilə öldü. Möcüzələrə inanmıram. Müqəddəs torpağa birgə qarışmağımız üçün Keğamın qalan hissəsini özümlə birlikdə doğma şəhərimizə aparacağım günə qədər müqavimət göstərəcəyəm.»
«Gülizarın Qara Toyunda» adlı bir yazıda Gülizarın nəvələrindən biri Keğam Kevonyan, nəsildən axışan yoxluq hissini və ona qarşı aparılan mübarizəni belə anlatmıdı: «Gülizar, kənd sakinləri və Muşun hacıları, məktəb və animasiya missionerləri, azadlıq döyüşçüləri, hamısı öldü. Daşlar da öldü. Dağlar, düzənliklər, çaylar da. Hamısı gözəl və ya faciəli bir ölümlə öldülər, bəzən yaşarkən öldülər. Lakin imanları ölmədi, çünki ölməyə vaxtları yox idi və bizdə yaşayırlar. Bizdə yaşayan bütün ölülər ruhumuzu və iradəmizi formalaşdırır, fikirlərimizi istiqamətləndirir və taleyimizi müəyyənləşdirir …
Keğam Kevonyanın son çağırışı vəsiyyət sayıla bilər. «Günahsızlar qəbirlərinə qovuşmasalar, həqiqət öz yolunu tapmasa, vəzifələrimiz sona çatmayacaq və Qabilin gözü təpəsinə çıxacaq, fal daşı kimi də açıq olacaq.«
Qoy Gülizar hekayəsi bu həqiqətə çatmaq yolunda hər kəsə ilham, iradə və inam bəxş etsin…
Bu da axçik Gülzarın hekayəsi: Ailənin səyləri nəticəsində Sultan, Bitlis valisinin Gülizarın məhkəməyə çıxıb kürd və ya bir erməni olduğunu ifadə etməsi üçün gətirilməsini əmr edir. Bu, elə bir çətin sınaqdır ki, Gülizar anasına müsəlman və kürd olduğunu hayqıracaq və məhkəməyə çıxacağı günü gözləyəcəkdi. O gün gələndə anasının qucağına qaçıb deyir: “Aman! Ana! Mən erməniyəm, bir erməni kimi də öləcəyəm! ” ağlayır, əynindəki paltarları cırır və alt paltarı ilə yarı çılpaq qalır. Deyir: «Ata evimə kürdlər tərəfindən qaçırıldığım halimlə qayıtmaq istəyirəm.»
Bu bir erməni «soyqırım» tarixidir. Bizim neçə Gülizarımız var və bir Gülizara görə Türkiyə 100 ildi uğraşırsa, 30 minlik Gülizar ordusu olan Azərbaycanın gecələr yatmağa belə vaxtı olmamalıdır. Düşünürəm ki, dediklərimi anladınız…
P.S. Bu Gülizar nə imişsə çox bahalıymış. Qardaşyan yazıq gündə erməni soyqırımına məruz qalır. Heç səsi çıxmır…