hemle

"Ali təhsillə bağlı qərarı hansısa məmur verməli deyil" - Rektor

Tarix:13-03-2023, 11:57
Baxış Sayı:156

“Ali təhsil haqqında” qanun layihəsi ilə bağlı əvvəlki səsləndirdiyim təkliflərim nəzərə alınmayıb. Ali təhsil qarşısında duran ciddi problemlərin həlli qanun layihəsində kənarda qalıb. İlk olaraq ali təhsilin məqsədini müəyyən etmək lazımdır. Bu, əsas məsələdir”.

Bunu Milli Məclisdə “Ali təhsil haqqında” qanun layihəsi ilə bağlı keçirilən ictimai dinləmədə UNEC-in rektoru Ədalət Muradov deyib.

Rektor bildirib ki, ali təhsilin gözləntilərini özümüzə və cəmiyyətimizə bəyan etməliyik: “Qanun layihəsində ali təhsilin məqsədi ilə bağlı hissə yoxdur. Bilirik ki, Təhsil Nazirliyinin adı dəyişdirilərək Elm və Təhsil Nazirliyi adlandırılır. Elm və təhsilin vəhdət təşkil etməsi ilə bağlı dəyişiklik qanun layihəsində öz əksini tapmayıb”.

Ə.Muradov əlavə edib ki, müvafiq icra hakimiyyəti orqanın müəyyən etdiyi aidiyyəti dövlət qurumu ifadəsi ali məsələdə çox təhlükəlidir:

"Ali təhsillə bağlı məsələlərə qanunvericilik formasında aydınlıq gətirilməlidir. Ali təhsillə bağlı qərarı hansısa məmur verməli deyil. Çünki hər məmurun baxışı fərqlidir".

Digər xəbərlər
22:18 Müavinət və təqaüd alanlara şad xəbər: Növbəti artım...
22:17 Bakı metrosunda ediləcək dəyişikliklərlə bağlı daha bir rəsmi açıqlama
22:14 Azad olunmuş ərazilərə bu il nə qədər pul xərclənib?
22:11 İlham Əliyev “Sea Breeze”dəki layihələrlə tanış oldu
22:06 Bu məlumatlarınız təhlükədə ola bilər - RƏSMİ XƏBƏRDARLIQ
22:03 Babayan Xocalı soyqırımında iştirak etdiyini məhkəmədə etiraf etdi
22:02 Nazirliyin lisenziya vermədiyi plastik cərrahlar - Onların taleyi necə olacaq?
21:58 “Azəriqaz” İB-nin baş direktoru Bərdə və Tərtər sakinlərinin müraciətlərini dinlədi