hemle

Şəhid baş leytenant dəfn edildi - FOTOLAR

Tarix:6-03-2023, 12:41
Baxış Sayı:184

Ötən gün səhər saatlarında qeyri-qanuni erməni birləşmələrinin törətdikləri təxribat nəticəsində şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu, 29 yaşlı baş leytenant Əlibəyli Şəhriyar Ramiz oğlu II Şəhidlər xiyabanında dəfn edilib.

Tədbirdə şəhidin ailə üzvləri, yaxınları, Müdafiə Nazirliyinin rəsmiləri və ictimaiyyət nümayəndələri iştirak edib.

Qeyd edək ki, Ş.Əlibəyli subay olub, ailənin yeganə övladı idi. O, 1994-cü ildə Qəbələ rayonu Vəndam qəsəbəsində doğulub.

Daha sonra ailəsi ilə birlikdə Bakı şəhəri, Yasamal rayonu Badamdar qəsəbəsinə köçüblər. 2012-ci ildə 236 saylı tam orta məktəbi bitirib. Heydər Əliyev adına Hərbi İnstitutun məzunu olan baş-leytenant Ş.Əlibəyli Vətən müharibəsinin iştirakçısı olub.

Prezident İlham Əliyevin sərəncamları ilə “Şuşanın azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.

Şəhid baş leytenant dəfn edildi - FOTOLAR


Digər xəbərlər
22:20 Əhalinin NƏZƏRİNƏ: Maaş sistemində vacib dəyişiklik olacaq - DETALLAR
22:15 Erməni separatçılarının tabutuna çaxılan son mismar
21:28 FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət etdi
21:26 ABŞ Rusiya və Ukrayna arasında vasitəçilikdən niyə imtina etdi? - DETALLAR
21:19 Ağacları kütləvi şəkildə kəsənlər vəzifəli şəxslər imiş - Baş Prokurorluq məlumat yaydı
21:09 İşxanyan və qardaşının Qaradağlıda əhalinin öldürülməsində iştirakı sübut olundu - MƏHKƏMƏ
15:55 "Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti" İctimai Birliyinin mövcud fəaliyyəti ilə bağlı hüquqi və peşəkar legitimlik məsələsi
10:07 "ChatGPT" necə işləyir? - Süni intellektin insan kimi danışmasının sirri