hemle

"Qoşulmama Hərəkatı ölkələrin inkişaf prosesində mühüm flaqmandır" - Xüsusi nümayəndə

Tarix:2-03-2023, 19:10
Baxış Sayı:114

Qoşulmama Hərəkatı (QH) ölkələrin inkişaf prosesində mühüm flaqmandır.

Bunu Çin Hökumətinin Avrasiya məsələləri üzrə xüsusi nümayəndəsi Li Hui QH-nin COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşündə çıxışı zamanı deyib.

O qeyd edib ki, Çin Qoşulmama Hərəkatının prinsiplərini dəstəkləyir və bu, Çinin xarici siyasətindəki dəyərlərdən biridir.

“Qoşulmama Hərəkatı həmrəyliyi gücləndirməyə və münaqişələri dialoq yolu ilə həll etməyə çalışmalıdır. Təhlükəsiz dünya yaratmaq üçün ölkələr birlikdə çalışmalıdırlar. Biz ərzaq və enerji resurslarının sabit artımını təmin etməli, yaşıl texnologiyalara diqqət yetirməliyik. Biz ticarət-iqtisadi əlaqələri dərinləşdirməli, təcrübə mübadiləsi aparmalı, iqtisadiyyatı modernləşdirməliyik”,- deyə o əlavə edib.

Qeyd edək ki, martın 2-də Bakı şəhərində Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Sammiti keçirilir. Sammitdə 70-ə yaxın ölkənin dövlət və hakimiyyət rəhbərləri, Bosniya və Herseqovina, Türkmənistan, Özbəkistan, İraq və Liviyanın prezidentləri; Kuba, Qabon, Tanzaniyanın vitse-prezidentləri; Əlcəzair və Keniyanın baş nazirləri; müxtəlif ölkələrin yüksək vəzifəli nümayəndəəri, habelə beynəlxalq təşkilatların rəhbərləri - Dünya Turizm Təşkilatının baş katibi Zurab Pololikaşvili, Beynəlxalq Miqrasiya Təşkilatının baş direktoru Antonio Vitorino, BMT-nin Cenevrə ofisinin baş direktoru Tatyana Valovaya, İqtisadi Əməkdaşlıq Təşkilatının baş katibi Xusrav Noziri, nazirlər, nazir ümavinləri, səfirlər və digər rəsmi şəxslər iştirak edirlər.

Digər xəbərlər
09:20 Oynaqlar üçün faydalı olan məhsullar hansılardır? - Rusiyalı həkimdən tövsiyələr
09:13 “WhatsApp”da yenilik: Bu, icazəsiz mümkün olmayacaq!
09:09 Müəllimlərə ŞAD XƏBƏR: Əməkhaqları arta bilər
09:02 Ordumuzun mövqeləri Tovuzqala istiqamətindən atəşə tutuldu
22:20 Ermənilərin sərhədimizə D-30-lar yerləşdirdi: Nəyə hazırlaşırlar?
22:18 Kampaniya başladıldı: İranda türk dili rəsmi dil olsun!
22:08 Azərbaycan və NATO arasında Qətərdə danışıqlar oldU
22:05 İctimai yerdə söyüş söyənlər cərimələnə bilər? - Açıqlama