hemle

""Trendyol"dan sifarişlər heç bir halda qadağan edilə bilməz" - Deputat

Tarix:24-02-2023, 13:45
Baxış Sayı:109

"Bu gün “Trendyol” satış şəbəkəsindən vətəndaşlarımızın istifadəsinin haqsız rəqabətə yol açması ilə bağlı Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Xidmətinin əməkdaşının açıqlması ilə bağlı ünvanlanan çoxsaylı suallara cavab olaraq bildirmək istərdim ki, qanunvericilik aylıq rüsumsuz sifariş məbləğini müəyyənləşdirir və heç bir halda vətəndaşın haradan məhsul sifariş etməsi qadağan edilmir".

Bunu deputat Vüqar Bayramov deyib.

"Hazırda rüsumsuz elektron sifariş üçün aylıq limit 300 dollardır. Bu isə o deməkdir ki, həmin limit çərçivəsində vətəndaş qanunla qadağan olunmayan satış şirkətlərindən, o cümlədən “Trendyol”dan mal sifariş edə bilərlər.

Haqsız rəqabətə gəldikdə isə, rəqabəti qadağalar ilə müdafiə etmək rasional yanaşma deyil. Qadağalar heç bir halda güclü rəqabət yaratmır. Bu baxımdan, “Trendyol” daxil olmaqla digər beynəlxalq ticarət şəbəkələrindən sifarişlərə qadağaların müəyyənləşdirilməsi məqsədə uyğun deyil. Azərbaycan liberal iqtisadiyyata malik ölkədir və bu sahədəki islahatlar da davam etdiriləcək. İslahatlar isə qadağalara deyil, birbaşa iqtisadiyyatın daha da ağarmasına ünvanlanıb", - deyə o bildirib.

Digər xəbərlər
21:35 Müharibə əlilləri və şəhid ailələrinin mənzillə təminatı müddəti UZADILDI
21:28 Trampdan Qərbə XƏBƏRDARLIQ - “Növbəti sonsuz müharibəyə...”
21:18 Ölkədə baş verən partlayışlarda neçə nəfər ölüb? - FHN AÇIQLADI
21:14 Sabah 3 rayon QAZSIZ QALACAQ
21:11 Bəzi rayonlarda şimşək çaxır, leysan yağır - FAKTİKİ HAVA
21:06 Zelenski Ərdoğanla görüşəcək
21:01 Ən böyük ixtisar dalğası - "Microsoft" minlərlə şəxsi İŞSİZ QOYACAQ
18:25 Şəhid ailələri ilə bağlı sərəncama dəyişiklik edildi