hemle

"Rusiya-Ukrayna müharibəsi bir ildə davam edə bilər" - Uolles

Tarix:23-02-2023, 14:31
Baxış Sayı:127

Rusiyanın Ukraynaya qarşı müharibəsi ən azı bir il davam edə bilər.

Bunu Böyük Britaniyanın müdafiə naziri Ben Uolles LBC-yə müsahibəsində deyib.

"Rusiya təkcə Ukrayna xalqının həyatına deyil, həm də öz əsgərlərinə tamamilə etinasızlıq nümayiş etdirdi. 12 ayda 188 min rus əsgəri həlak olub və ya yaralanıb. Bu, prezident Putinin fəlakətli səhv hesablamasının və hücumunun nəticəsidir", - o, bildirib.

Uolles əlavə edib ki, Putin artıq bütün Ukraynanı işğal etmək məqsədinə nail ola bilməyib, ordusunun 97%-i artıq müharibəyə cəlb olunub və tanklarının üçdə ikisi artıq məhv edilib.

Digər xəbərlər
10:26 Qara dəniz üzərində 3 raket məhv edildi - Kim atıb?
10:23 Bu şəxslər yenidən həbs oluna bilər
10:21 Azərbaycanda Qurban bayramı qeyd olunur
10:17 Çinin yeni gizli döyüş təyyarəsi - Görün nələrlə təchiz edilib
10:15 Rusiya HƏRƏKƏTƏ KEÇDİ - Ukraynada kritik infrastrukturlar VURULUR
10:12 Paşinyanla keşişlərin amansız savaşı: Ermənistanda nə baş verir?
10:10 Bu günün hava proqnozu açıqlandı
10:07 Bakıda bayram namazı qılındı