hemle

"Laçın dəhlizinə görə Rusiya məsuliyyət daşıyır" - Borrel

Tarix:17-02-2023, 22:34
Baxış Sayı:131

Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Jozep Borrel Laçın dəhlizinə görə Rusiyanın məsuliyyət daşıdığını bəyan edib.

O, həm Azərbaycan, həm də Ermənistanla sıx əlaqə saxlanıldığını vurğulayıb.

"Aİ-nin Cənubi Qafqaz və Gürcüstandakı böhran üzrə xüsusi nümayəndəsi Toivo Klaarın dəstəyi ilə ali nümayəndə Borrel hər iki tərəflə sıx əlaqə saxlayır. Üçtərəfli bəyanata əsasən, o, sülhməramlı kontingentin nəzarətində olan Laçın dəhlizinə görə Rusiyanın məsuliyyətini qeyd etməlidir. Aİ-nin Ermənistan-Azərbaycan münasibətlərində problemin nəticələrinin aradan qaldırılması üçün ayırdığı humanitar maliyyə vəsaiti 2022-ci il üçün 3.6 milyon avro təşkil edib. Vəsait yerdə fəaliyyət göstərməyə qadir olan yeganə beynəlxalq humanitar təşkilat olan Beynəlxalq Qızıl Xaç Komitəsi üçün tam səfərbər edilib", - deyə məlumatda bildirilib.

Digər xəbərlər
16:40 Ümumdünya Əməyin Mühafizəsi Günü “Azəriqaz” İB-də qeyd olunub
10:42 İnsan bədənində "zombi hüceyrələri" tapıldı
10:40 Türkiyədə faciə: İki üzvü uşaq olmaqla bir ailə torpaq altında qaldı
10:37 Prezident: "Biz müstəmləkəçiliyin bütün formalarını və təzahürlərini qətiyyətlə rədd edirik"
10:34 Bakıda konfrans: Prezidentin müraciəti səsləndirildi
10:29 Görkəmli oftalmoloq alim Zərifə Əliyevanın doğum günüdür
10:26 Fransada müsəlmanlara çağırış edildi
10:20 Gənclər sürətlə siqaretdən imtina edir – ARAŞDIRMA