hemle

Daha bir ölkə İrana sanksiya tətbiq etdi

Tarix:1-02-2023, 14:36
Baxış Sayı:122

Avstraliya insan haqlarının pozulmasını əsas gətirərək Myanma və İranda bəzi şəxslərə və təşkilatlara qarşı sanksiyalar tətbiq etmək qərarına gəlib.

Avstraliya Xarici İşlər Nazirliyindən verilən açıqlamada, sanksiyalara çevrilişdə birbaşa məsuliyyət daşıyan hərbi rejimin rəhbər orqanı olan Myanma Dövlət İnzibati Şurasının (SAC) 16 üzvü və hərbi nəzarət altında olan "Myanmar Economic Holdings Public Company Limited"ə (MEHL) aid edilib.

Myanmadakı hərbi idarənin fəaliyyətlərinin təqib ediləcəyi bildirilən açıqlamada Avstraliyanın Myanma böhranının həllində Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyasının (ASEAN) rəhbərliyinə tam dəstək verdiyi bildirilib.

Digər tərəfdən, açıqlamada İran İnqilab Keşikçiləri Ordusunun (SEPAH) üzvləri də daxil olmaqla bəzi əsgər və siyasətçilərin İranda Məhsa Eminin ölümündən sonra başlayan nümayişlərin sanksiya siyahısına salındığı qeyd edilib.

Bundan əlavə, açıqlamada Rusiyaya pilotsuz uçuş aparatları tədarük edən 4 iranlı və 4 təşkilata maliyyə sanksiyasının tətbiq edildiyi, Ukraynalı mülki şəxslərin atəşə tutulması üçün İran istehsalı olan pilotsuz uçuş aparatlarından istifadə edildiyi iddia edilib.

Digər xəbərlər
16:40 Ümumdünya Əməyin Mühafizəsi Günü “Azəriqaz” İB-də qeyd olunub
10:42 İnsan bədənində "zombi hüceyrələri" tapıldı
10:40 Türkiyədə faciə: İki üzvü uşaq olmaqla bir ailə torpaq altında qaldı
10:37 Prezident: "Biz müstəmləkəçiliyin bütün formalarını və təzahürlərini qətiyyətlə rədd edirik"
10:34 Bakıda konfrans: Prezidentin müraciəti səsləndirildi
10:29 Görkəmli oftalmoloq alim Zərifə Əliyevanın doğum günüdür
10:26 Fransada müsəlmanlara çağırış edildi
10:20 Gənclər sürətlə siqaretdən imtina edir – ARAŞDIRMA