hemle

Aydın Caniyev həbs olundu

Tarix:26-01-2023, 22:26
Baxış Sayı:118

Jurnalist Aydın Caniyev həbs olunub.

Bu barədə Yasamal Rayon Məhkəməsində qərar çıxarılıb.

Əldə etdiyimiz məlumata görə, onun barəsində Baş Prokurorluq tərəfindən məhkəməyə təqdimat daxil olub. Aydın Caniyev haqqında İnzibati Xətalar Məcəlləsinin 388-1.1 maddəsi ilə bir ay müddətinə inzibati həbs qərarı verilib.

Belə ki, jurnalist Eynulla Fətullayev onun barəsində Baş Prokurluğa şikayət verib. E.Fətullayev şikayətində Aydın Caniyev tərəfindən təhqir edildiyini göstərib.

O, bu barədə özünün feysbuk hesabında da paylaşım edib. E.Fətullayev paylaşımında Kamran Əliyevə və məhkəməyə təşəkkür edib.

Məsələ ilə bağlı Aydın Caniyevin feysbuk hesabında da paylaşım edilib.

“Yasamal məhkəməsi Aydın Cana 1 aylıq inzibati həbs verdi. Eynulla Fətullayevin Baş Prokurorluğa feysbuk statuslarına görə iddia ərizəsi əsasında. Aydın Can qərara etiraz etməyib, vəkildən imtina edib. Bir aydan sonra hər şeyi hər kəsi AYDINlatmaq ümidiylə...” - paylaşımda qeyd olunur.

Aydın Caniyev həbs olundu

“Qafqazinfo”

Digər xəbərlər
23:21 Təhsil Nazirliyinin qəfil qərarı: Valideynlərin əməyi havaya getdi
23:12 3400 abonent qazsız qalacaq - XƏBƏRDARLIQ
23:11 “WhatsApp” istifadəçilərinin nəzərinə - Çoxdan gözlənilən yenilik gəldi
23:01 Şahbaz Şərif: “Laçında İlham Əliyevlə görüşməkdən şərəf duydum”
22:59 ABŞ-da təhsil almaq arzusunda olanlara ÜZÜCÜ XƏBƏR
22:55 Rusiya ilə müharibəyə hazırlaşın: 3-7 il ərzində... - Xəbərdarlıq edildi
22:50 Putin, Tramp və Zelenski bu ölkədə görüşə bilər
22:47 Moskvadan Dərbənddəki Azərbaycan teatrı ilə bağlı AÇIQLAMA