hemle

Yevlaxda həkimi qətlə yetirməkdə şübhəli bilinən şəxslərin görüntüləri yayılıb - VİDEO

Tarix:12-01-2023, 12:53
Baxış Sayı:155

Yevlax Rayon Mərkəzi Xəstəxanasının Vərəm şöbəsinin müdiri Bəyaz Cabbarovu qətlə yetirməkdə şübhəli bilinən şəxslərin görüntüləri yayılıb.

"Report"un Qarabağ bürosunun əldə etdiyi məlumata görə, həmin şəxslər həkimin qonşularından birinin evinin videomüşahidə kamerasına düşüblər.

Görüntülərə 3 nəfər düşüb. Həmin şəxslərin üzündə maska, birinin əlində isə bıçaq var. Onlar hadisədən sonra qaçaraq ərazidən uzaqlaşırlar.

"Report"un əldə etdiyi məlumata görə, hadisəni 3 nəfər törədib, onlardan 2-si həbs olunub, 1-i isə qaçaraq gizlənib.

Onlar qətli törətdikdən sonra əyinlərindəki qanlı paltarları və ayaq geyimlərini ərazidən keçən dəmiryolu xəttinin kənarına atıblar. Şübhəlilərin axtarışları zamanı ilk tapılan dəlil də qana boyanmış geyimlər olub.

Məlumata görə, şübhəlilərdən biri həkimin qonşusudur.

Hazırda B.Cabbarovu qətlə yetirməkdə şübhəli bilinən üçüncü şəxsin yerinin müəyyənləşdirilməsi və saxlanılması üçün əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Qeyd edək ki, Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə məlumatına əsasən, yanvarın 10-u saat 22 radələrində Yevlax Rayon Mərkəzi Xəstəxanasının Vərəm şöbəsinin müdiri 1958-ci il təvəllüdlü Bəyaz Cabbarovun yaşadığı ünvanda öldürülməsi barədə məlumat daxil olub.

Faktla bağlı Yevlax Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Aparılan birgə istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən şəxslər saxlanılaraq istintaqa cəlb ediliblər.

Hadisə barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

Digər xəbərlər
10:01 Muğla zəlzələsindən sonra mütəxəssislərdən xəbərdarlıq: Sonradan baş verən təkanlar...
09:54 “WhatsApp”a rəqib gəldi
09:51 İran, Rusiya, Azərbaycan, Ermənistan... - ABŞ deyir ki, Türkiyə məharətlə yol tapır
09:46 İranın Azərbaycandakı yeni səfiri odur - Foto
09:40 Maskdan daha bir iddialı plan - Planetin ən böyük binasını tikəcək
09:37 Varlılar 2050-ci ili gözləyirlər: 1000 il yaşaya biləcəklər
09:33 "Haribo"da yenə narkotik maddə aşkarlandı
22:32 Dələduzlar sizi “QR” kodla aldada bilər – XƏBƏRDARLIQ