hemle

Bakı metrosunun bu stansiyası bağlanır?

Tarix:12-01-2023, 12:36
Baxış Sayı:136

Bakı metrosunun stansiyalarından birinin təmirə bağlanacağı barədə məlumat yayılıb.

Metronun “Həzi Aslanov” stansiyası da daxil olmaqla bir çox stansiyalarda genişmiqyaslı təmir işlərinin gedəcəyi gözlənilir. İlk təmir işlərinin isə qrunt suları axdığı üçün yaxın günlərdə “Həzi Aslanov” stansiyasından başlanacağı deyilir.

“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov stansiyaya qrunt sularının axması faktını təsdiq edib. Qurum sözçüsü bildirib ki, bayram günləri və həmin ərəfələrdə “Həzi Aslanov” stansiyası ilə ona bitişik tunelə yaxın məsafədən keçən kommunikasiya xətlərindən birində yaranmış nasazlıqla əlaqədar qeyd edilən sahələrdə axıntıların qarşısının alınması zərurəti yaranıb: “Əlaqədar təşkilatlarla birlikdə problemin qarşısı vaxtında alınıb. Sərnişinlərin hərəkət təhlükəsizliyi və rahatlığı ilə bağlı problem yaranmayıb”.

O bildirib ki, planlı təmir işləri başlanmazdan əvvəl stansiyaların bağlanması və ya hər hansı məhdudiyyətlərin tətbiqi zərurəti yaranırsa, ictimaiyyətə əvvəlcədən məlumatlar verilir..

Oxu.az

Digər xəbərlər
22:32 Dələduzlar sizi “QR” kodla aldada bilər – XƏBƏRDARLIQ
22:29 “Match TV”nin yayımının dayandırılmasının səbəbi AÇIQLANDI
22:24 Sumqayıtın bu ərazisində qaz kəsiləcək
22:21 Ermənistanın Azərbaycanın mülki infrastrukturuna ziyan vurmasına dair sənədlər məhkəmədə tədqiq olundu
15:56 Məktəbli formaları ilə bağlı YENİLİK
15:53 Bu tarixdə qısa iş günü olacaq
15:45 "Azpulmat" - sərfəli pul mənbəyi, yoxsa borc bataqlığı?
15:43 Sabah leysan yağacaq, güclü külək əsəcək