hemle

İƏT Azərbaycan ərazisində təbii sərvətlərin qanunsuz istismarını pisləyir

Tarix:11-01-2023, 21:43
Baxış Sayı:112

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş Katibliyi Azərbaycan, Ermənistan və Rusiyanın 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanatına zidd olaraq Ermənistanın Azərbaycanın Qarabağ bölgəsində, Şuşa-Xankəndi ərazisində təbii sərvətlərin qanunsuz istismarını pisləyir.

Bu barədə təşkilatın bəyanatında bildirilir.

“Faydalı qazıntı yataqlarının ekoloji standartlara lazımi diqqət yetirilmədən işlənilməsi beynəlxalq hüquq və Azərbaycan Respublikasının milli qanunvericiliyinə əsasən qeyri-qanuni olmaqla yanaşı, həm də ciddi və qanuni narahatlıq doğurur. Baş Katiblik bütün mübahisəli məsələləri dialoq yolu ilə həll etməyə çağırır və Azərbaycanın bu istiqamətdə səylərini yüksək qiymətləndirir”, - deyə sənəddə vurğulanır.

Həmçinin, qeyd olunur ki, Baş Katiblik İƏT Xarici İşlər Nazirləri Şurasının 22-23 mart 2022-ci il tarixlərində Pakistan İslam Respublikasının İslamabad şəhərində keçirilmiş 48-ci sessiyasında qəbul etdiyi qətnaməyə istinad edərək, qarşılıqlı tanınma, bir-birinin suverenliyinə, ərazi bütövlüyünə və beynəlxalq səviyyədə tanınmış sərhədlərinə hörmət etməklə Azərbaycan və Ermənistan arasında münasibətlərin daha da normallaşdırılmasına çağırır.

Digər xəbərlər
22:32 Dələduzlar sizi “QR” kodla aldada bilər – XƏBƏRDARLIQ
22:29 “Match TV”nin yayımının dayandırılmasının səbəbi AÇIQLANDI
22:24 Sumqayıtın bu ərazisində qaz kəsiləcək
22:21 Ermənistanın Azərbaycanın mülki infrastrukturuna ziyan vurmasına dair sənədlər məhkəmədə tədqiq olundu
15:56 Məktəbli formaları ilə bağlı YENİLİK
15:53 Bu tarixdə qısa iş günü olacaq
15:45 "Azpulmat" - sərfəli pul mənbəyi, yoxsa borc bataqlığı?
15:43 Sabah leysan yağacaq, güclü külək əsəcək