hemle

Yaponiyada ailələrə şirnikləndirici TƏKLİF

Tarix:3-01-2023, 17:05
Baxış Sayı:123

Yaponiya hakimiyyəti 37,7 milyon əhalisi ilə dünyanın ən böyük aqlomerasiyası sayılan Tokionu boşaltmaq siyasətinə başlayıb. Bunun üçün ailələrə şirnikləndirici layihələr təklif olunur.

Paytaxtdan köçməyə görə ailədəki hər uşağa bir milyon yen (təxminən 7700 ABŞ dolları) ödənəcək.

Tədbirlər əhalinin qocalmasından və azalmasından əziyyət çəkən Yaponiya üçün strateji hədəfə xidmət edir. Rəsmi Tokio bununla həm də ölkənin digər ərazilərini canlandırmaq istəyir. Ödənişləri almaq üçün ailə Tokiodan kənara və ya onun dağlıq bölgələrinə köçməlidir. Ən azı 5 il yeni yerdə yaşamalıdır. Geri qayıdanlar pulu qaytarmalı olacaqlar.

Yaponiyada bələdiyyələrin 80%-dən çoxu proqrama qoşulub: onlar köçənlərə vəd edilən məbləğin yarısını ödəyəcəklər. Yaponiya hökuməti 2027-ci ilə qədər on minlərlə insanın Tokiodan kəndlərə köçəcəyini gözləyir.

Yaponiya əhalisi aşağı doğum səviyyəsi və ömür uzunluğu səbəbindən sürətlə qocalır: ölkədə yaşı 100-ə çatan 90,5 mindən çox insan yaşayır (1963-cü ildə onların sayı 153 nəfər olub).

Musavat.com

Digər xəbərlər
10:42 İnsan bədənində "zombi hüceyrələri" tapıldı
10:40 Türkiyədə faciə: İki üzvü uşaq olmaqla bir ailə torpaq altında qaldı
10:37 Prezident: "Biz müstəmləkəçiliyin bütün formalarını və təzahürlərini qətiyyətlə rədd edirik"
10:34 Bakıda konfrans: Prezidentin müraciəti səsləndirildi
10:29 Görkəmli oftalmoloq alim Zərifə Əliyevanın doğum günüdür
10:26 Fransada müsəlmanlara çağırış edildi
10:20 Gənclər sürətlə siqaretdən imtina edir – ARAŞDIRMA
10:17 Bu gün hava necə olacaq? - PROQNOZ