hemle

Səlahəddin Eyyubi Türkdür…

Tarix:25-04-2020, 00:09
Baxış Sayı:2 242

www.Fedai.az
Məşhur komandan Səlahəddin-i Əyyubi 1138-ci ildə İraqın Tikrit şəhərində anadan olmuşdur. Şəxsiyyəti Yusuf bin Eyyub (Eyüp Yusufun oğlu) olub Səlahəddin (Salah ed-din) onun ləqəbidir. Atası Nəcməddin Eyyub, Səlcuqlu atabəy (əmir) İmadəddin Zənginin adamlarındandır, Bu günkü geosiyasətə uyğun olaraq söyləsək, Azərbaycandan köç etdi və Yaxın Şərqə endi. Atalar sülaləsinin türkmən (Oğuz / Oğur), Qıpçaq və ya Qurmanç olması mübahisəli olsa da — bəzi tarixçilər tərəfindən bu icmaların hər birinin bir Türk boyu olması da unudulmamışdır. O dövrə aid olan bütün mənbələr Səlahəddinin türk olduğu bir nöqtədə birləşməkdədir. Bundan əlavə, Tolunoğulları ilə başlayıb Osmanlılara qədər gedib çatan, yəni Suriya, Misir, Hicaz, Yəmən və Şimali Afrika kimi bölgələrin türklər tərəfindən tutulması prosesini «Oğuz hərakatı» kimi tanıyan tarixçilər də var.

Səlahəddin-i Əyyubinin anası Səlcuq Harim əmiri (valisi) Şihabeddin Mahmud ibn Tokuş əl-Hariminin bacısıdır. Buna görə ananın tərəfinin Oğuz (Türkmen) üzərində qurulduğu dəqiq bilinir. Tokuş və ya oğlu Mahmut kimi bir Türk ailəsinin, sultanların arasından çıxan bir qızın aşağı təbəqəyə aid birinə öz qızlarını ərə verməsi heç cür ehtimal oluna bilməz.

Şübhəsiz ki, ailə üzvlərinin adları bir insanın milli kimliyinin ən vacib mənbələrindən biridir. Salahaddin-i Eyyubinin qardaşları Məhəmməd Əbu Bəkir, Şemsüddevle Turan Şah, Seyfilislâm Tuğtekin, Şehinşah (Şahinşah) və Tacilmülük Buri (Böri, Börü) bu siyahıdadır. Turan, Tuğtekin, Şehinşah, Buri kimi gedən şəxs adlarının türkə aid olduğu və bununla da hər hansı bir forma və ya şübhə üçün yer buraxmadığı açıq-aşkar görünür.

Xatırladaq ki, Skandinaviya dastanında bir Tanrı olaraq xatırlanan və Türk ölkəsindən gəlmiş və Skandinaviya xalqını düşmənlərdən xilas edən Odin Atanın babasının da adı Buri idi. Səlahəddinin ailə üzvlərinə gəldikdə isə Bitlis əmiri Serefxanın yazdığı deyilən «Şərəfnamə» adlı əsərə baxmaq olar. «Şərəfnamə», Qurmancların (Kürd) tarixi ilə əlaqəli ilk və ən vacib əsərlərdən biridir. Ərəb tarixçisi Ebül Fərəc, «Tarix-i Muhtasar-ü Düvel» adlı əsərində, Səlahəddin övladlarının Turanşah və İlgazi kimi adlarına sahib olduqlarını; Səlahəddin özü şəxsən yeni doğulmuş bir qardaşı oğlunu “Atsız” adlandırdığı; qərbə göndərilən orduya, Salahaddinin başqa bir qardaşı oğlu Karakusun komandan təyin edilməsi deyilən məlumatları ehtiva edir. Səlahəddin ailəsi ilə əlaqəli digər mənbələrdə, oğlanlarının bəzilərinin Ağar, Məlikşah, Turanşah kimi türk adlarına sahib olduqları dəqiqdir.

Salahaddin Eyyubinin bacısı Rabia xatun, Səlcuqluların Erbil Atabəyi olan və eyni zamanda Türkmənlərin Bəytigin sülaləsindən olan Əbu Səid Muzafferüddin Gökbörü ilə evlidir. Atabəy Gökbörü, Hıttin döyüşündə Akkanın fəthində böyük fayda verməklə yanaşı, qısa müddət ərzində Ərbili, dövrünün ən parlaq şəhərlərindən birinə çevirən bir komandan idi. Şəhərdə hamamlar, xəstəxanalar və mədrəsələr tikməsi ilə tanıdan bir dövlət xadimidir. Arafata içməli su gətirən və Türk dünyasında hələ də yaşanan Mövlud mərasimi ənənəsini başladan birisiydi.

Salahəddin Eyyubinin həyat yoldaşı Aminə Xatun, Oğuz (Türkmən) nəslindən olan Üner bəyin qızıdır. Künyəsi «Əmin Xatun bin Üner» olaraq qeyd edilib. Sehahaddinin böyük qardaşı Şehinşah da Oğuz / Türkmən zadəganlarından Kutuzız Xatunla evlidir. Başqa sözlə, türk adları yalnız öz ailələrində deyil, yaxınları və qohumları arasında da istifadə olunur. Üstəlik də, İslamı yanlış izah etməkdən qaynaqlanan ərəb adlarının təzyiqinə, vəsvəsəsinə və xurafatına baxmayaraq türk adları işlədilib! ..

Böyük Səlcuqlu Dövlətinin Mosul atabəyi olan Avşar Türkməni olan Nurəddin Zənginin səlibçilərinə qarşı döyüşəcək və demək olar ki, bütün Türklərdən ibarət olan bir orduya Türk olmayan bir komandir təyin etməsi açıq-aşkar qeyri-mümkün görünür. Ərəb tarixçisi Übn-ül Vasıl «Müferriç-ül Kürüp» əsərində bu ordunun doxsan faiz nisbətində Türklərdən ibarət olduğunu, qalan 10 faizinin isə cihad və ya qənimət məqsədi ilə orduya qoşulan ərəb könüllüləri olduğunu söyləmişdi. Üstəlik, ordu komandirlərinin hamısı türk adlarını daşıyırdı. Söz mövzusu ordu, məlum olduğu kimi, Hittin döyüşündə Səlib yürüşçülərini məğlub etdi və 88 ildən sonra Qüdsü yenidən müsəlmanların ixtiyarına qaytardı. Şübhəsiz ki, İbn Vasilin əsərinin maraqlı məqamlardan biri də ordu komandanlarının at əti yeyib qımız içməyidir !.. At əti 13-cü əsrə qədər Anadoluda yeyildiyi, Səlib yürüşləri və s. Hərbi yürüşlərə görə atların kəsilməsinin qadağan olunduğu bilinməkdədir.

III Səlibçi yürüşçülərinin ən məşhur komandirlərindən və dəstəkçilərindən biri olaraq qəbul edilən, «Aslan ürəkli» ləqəbiylə anılan I Riçard, öz xatirələrində Səlahəddin Eyyubini «O Türk» deyə xatırlamışdı. O dövrün məşhur səyyahlarından (səyyah) İbn Cubeyr də Dəməşq haqqında danışarkən, Sultan Səlahəddinin əsgərləri cirit (çevgen/çovqan) oynadıqlarından söz açımışdı və bu oyunun hansı millətə aid olmasını dartışmağa ehtiyac duyulmur.

Məşhur tarixçi İbn-i Hallikan, əsərlərinin birində Səlahəddin əmisi Şirkuha istinadən «Şirkuh, bizim nəsəbimiz (soy-kökümüz) Gök Börüdür!» deməsini qeydə alıb. Bu qeydə əsaslanaraq, Səlahəddin Eyyubinin Azərbaycandan enərək Şam ətrafına Burilər (Börilər) Atabeyi quran Oğuzlarla (Ogur, Uğur) əlaqəli olmasını nəzərə almaq lazımdır. Gökbörinin (Gökbörü) günümüzdə qarşılığının Bozqurd olması, Türeyiş dastanına bir işarə sayıla bilər. Səlahəddin Eyyubi ilə eyni dövrdə yaşayan digər bir ərəb tarixçisi İbn-ül Kesi də «el-Bidâye ve’n Nihâye» adlı əsərində, «Əyyubi bir Türk şahzadəsi»dir. Hər zaman olduğu kimi İslam dinini ayaqda saxladı ”- deyə yazmışdı.

1095-ci ildə Həmada anadan olmuş və 93 illik ömründə 20-dən çox əsər yazan başqa bir bilgin (alim), Səlahəddin Eyyubinin dövründə yaşamış və Səlibçilərə qarşı hərbi əməliyyatları müşayiət edən Usame İbn Münkız, “Kitab-el nüfuzu” adlı kitabının 201-ci səhifəsində aşağıdakı hadisəni nəql edir: «Qüds azad edildikdən sonra Səlahəddin az qüvvə ilə Atabəy Zənginin «Bizi gözləyin» əmrini və əsas qüvvənin gəlişini gözləmədən Şam üzərinə yürüş etmişdi. Burada çox güclü bir Xaçlı ordusu ilə qarşılaşdı. Atabəy Nurəddin Zəngi əsas qüvvə ilə yetişmiş: «Ey (Əba / Əbu?) Musa, məhv olmaq üçünmü otuz atlı ilə Dəməşq qapısına gəldiniz? Nə tələsik işin vardı? Sözləri ilə Səlahəddini həm özünün, həm də adamlarının həyatını təhlükəyə atdığı üçün xəbərdar etdi. Hadisənin şahidi olan ərəb tarixçisi yazır ki, hər iki komandan türk dilində danışır və hətta qışqırmaq və zəng etmək üçün səslərini qaldırırdılar. Eyni tarixçi Səlahəddinin gündəlik həyatda Türkcə danışdığını da xəbər verir. Sözü gedən kitab «Philip Khuri Hitti» (1886-1978) tərəfindən ingilis dilinə tərcümə edilmişdir. İngilis dilindən Yusuf Ziya Cömert tərəfindən türk dilinə tərcümə edilmiş və 1992-ci ildə İstanbulda «İstisnalar Kitabı» adı ilə nəşr edilmişdir. Qısacası (Velâhâsıl) mövzu ilə maraqlananlar üçün asan bir giriş mənbəyidir.

Dövrün məşhur şairlərindən biri İbn Senaul-Mulk Hələbin fəthində yazdığı bir mədhiyyədə (tərif şeiri) Səlahəddin Eyyubiyə yazmışdı: “Ərəb milləti Türklərin dəvəti ilə ucaldı. Ehl-i Salip (Səlib yürüşü) davası Eyyubun oğlu tərəfindən dağıdıldı”. Sosiologiya elminin qurucularından /banilərindən biri olduğu da deyilən məşhur alim İbn-i Haldun, Müqəddimə adlı dünyaca məşhur əsərində Əyyubilər və Məmlüklər xanədanlarının yeganə Türk dövləti olduğunu söyləmişdi.

Səlahəddin Eyyubi 1187-ci ildə Hittina döyüşündə Səlib yürüşçülərini məğlub edərək Qüdsü geri alması, bundan sonra Avropanın ayağa qalxaraq III. Səlib yürüşünü başlanmasına səbəb oldu. Digər bir Türkmən sülaləsi, Anadolu Səlcuqları, Xaçlılar Anadoludan birbaşa (tranzit) keçməsinə icazə verməyərək, Atabəylərə və sonra da Eyyubilərə dəstək verməsi, hətta cermenlərə (xüsusilə Almanlara) qarşı mübarizə aparıb icazə vermədilər. Şəxsi olaraq baş komandan vəzifəsini yerinə yetirən Kılıçarslanın oğlu Kutbeddin kimi mövzular tarixi araşdırmalar üçün əhəmiyyətlidir. Bundan əvvəl suryani tarixçi Mixael, Sultan İzzettin Kılıçarslan və Səlahəddin Eyyubi arasında 1179-cu ildə baş vermiş müharibədən yazarkən hər «ikisinin də Türk olduqlarını» bildirmişdi.

Sərhədləri Misir, Suriya, İraq, Hicaz və Yəmənə qədər uzanan Əyyubilər dövləti Səlahəddin Eyyubinin övladları arasında bölüşdürüldü və bu ənənənin Əyyubilərdən əvvəl Anadolu Səlcuqları tərəfindən tətbiq olunduğunu unutmaq olmaz ki, II Kılıçaslan sağlığında ikən Anadolunu 11 oğlu arasında bölmüşdü. Nəticədə Əyyubilər dövlət ənənəsinə uyğun olaraq, Karaxanlı, Qəznəli və Səlcuq ardıcıllığı ilə davam edən Türk dövlət ənənəsinin davamıdır. Dövlətin simvolu Səlcuqlular, Artuklular və Menguceklər kimi qartal növü olan Tuğrul quşudur. Macar türkləri də «Turul» adlandırdıqları bu quşu milli simvol olaraq qəbul edirlər. Başqa bir təəccüblü məlumat, Eyyubilərin zamanında dövlətin dili türk, sarayda isə türk dilində danışmasıdır.

Səlahəddin Eyyubinin bütün uğurlarını çox yaxşı bir komandan olmaqla yanaşı, həm də bir dövlət ənənəsi olan çox yaxşı bir idarəçi olması, İslam dünyasındakı ününə, şöhrətinə baxmayaraq, onu Baş Komandan edən Oğuz / Avşardan olan Nurəddin Zənginin ölümünə qədər ona kiçicik bir hörmətsizliyə yol verməməsi diqqətləri cəlb edəcək bir məqamdır.

Üstəlik, Səlahəddin Əyyubi yeni bir dövlət qurmadı. Nurəddin Zəngin Səlcuqluları nümunə götürərək təsis etdiyi dövlət, maliyyə və ordu nizamı qoruyub saxladı. Hətta üst idarəetmə kadrları da yerində qaldı. Yalnız dəyişən sülalənin adıydı. Hətta Səlahəddin Eyyubinin, dövlət daxilində baş verə biləcək hər hansı bir çatışmazlığın / qarşıdurmanın qarşısını almaq üçün Atabey Zenginin dul arvadı ilə kağız üzərində evləndiyi deyilir. Türk tarixini daha yaxşı anlamaq üçün boylar və sülalələr bir bayraq yarışçısı kimi düşünməlidirlər. Eyyubî xanədanlığı da yerini Ərəb qaynaqlarında «Ed-Devlet-it Turkiyya» olaraq keçməsinə baxmayaraq Türkiyədə tarixçilər təəssüf ki, Məmlükler (Köləmənlər) olaraq adlandırdığı bir başqa Türk xanədanlığına buraxmışdır. Üstəlik, 1250-ci ildə Aybek tərəfindən qurulan Məmlüklər, 1260-cı ildə hökmran olan Kutuzla birlikdə moğolları məğlub edirlər, özündən sonra gələn Krım türkü Sultan Baybars ilə son xaçlı qalıqlarını da təmizlədilər. Məmlüklər xanədan deyildi Hökmdarlar ordu komandanları arasından seçilirdi. Oğuz / Avşardan Səlcuqlu Atabəy Nurəddin Zənginin meydana gəlməsindən 1517-ci ilə qədər davam edən və qıpçaqlar, çərkəzlər tərəfindən idarə olunan Orta Şərq Türk Dövləti (Ed-Devlet-it Turkiyə) Yavuz Sultan Səlim tərəfindən ləğv edildi. Üstəlik, Atabəy Nurəddin Zəngi dövründə qəbul edilən sarı bir fonda göy rəngli qartal olan dövlət bayrağı 1517-ci ilə qədər dəyişməz olaraq istifadə edildi. Yeri gəlmişkən, sarı rəng Türk dövlət ənənəsində suverenliyi simvolizə edir. Türk mədəniyyətində «albalı» rəng isə, Şah İsmayılın əsgərlərinin albalı rəngində 12 dilim papaq geyindiklərini və «Qızılbaş» adının buradan yarandığını unutmamalıyıq.

«Şərq (Doğu) Qartalı» olaraq da bilinən Səlahəddin Eyyubi, 1193-cü ildə Şamda öldü və bu şəhərdə dəfn edildi. Öləndə geridə qoyduğu bütün varlıqlar 1 qızıl dinar və 36 (bəzi mənbələrdə 37) mis dirhəmdən ibarət idi. Məşhur komandanın məzarı Əməviyyə məscidinin yaxınlığında yerləşir. Bu gün İraqın Səlahəddin şəhəri və «Səlahəddin Qartalı» məşhur komandan Səlahəddin Eyyubinin bir xatirəsini xatırladır. Nişanəsini geridə qoyan ziyalılarımızdan biri olan jurnalist-yazıçı Necdet Sevinç, Səlahəddin Eyyubi üçün, «İslamın bu əfsanəvi qılıncı, həm mədəniyyət, həm də soyca Türkdür»- dedi. Türk-İslam dünyasının məşhur komandanının ruhu şad və məkanı cənnət olsun.

Əziz Dolu Atabəy

Digər xəbərlər
09:46 Paşinyan: "Azərbaycanla sərhədin delimitasiya olunan hissələrindən Aİ missiyasını çıxarmağa hazırıq"
09:45 "WhatsApp"dan möhtəşəm funksiya: Səsli mesajlar mətnə çevrilir
09:41 ÜST-dən meymunçiçəyi ilə bağlı qərar
09:39 Avtomobilin işıq cihazına "plyonka" çəkənlərin DİQQƏTİNƏ: Cərimə gözləyir?
09:38 Pulsuz ictimai nəqliyyat xidməti başa çatır
09:36 Ukraynanın əkin torpaqları hansı ölkələrə satılıb? – İnanılmaz faktlar
09:35 Putin bu raketlərlə bağlı müşavirə keçirdi - "Dünyada onların qarşısını alacaq silah yoxdur"
09:33 İrəvan Bakıya qarşı bu iddialardan imtina etməyə hazırdır - Paşinyan