hemle

Rusiya hücumları nəticəsində həlak olan ukraynalı uşaqların sayı məlum oldu

Tarix:30-12-2022, 14:08
Baxış Sayı:148

“Genişmiqyaslı işğal başlanandan Rusiya qoşunları Ukraynada 450 uşağı öldürüb, 872 nəfəri yaralayıb”.

Bu barədə Ukrayna Baş Prokurorluğu məlumat yayıb.

Qeyd edilir ki, Rusiyanın genişmiqyaslı silahlı təcavüzü nəticəsində Ukraynada 1 300-dən çox uşaq xəsarət alıb.

Həmçinin bildirilir ki, bu rəqəmlər yekun xarakter daşımır, çünki onların aktiv döyüş əməliyyatları aparılan yerlərdə, müvəqqəti ələ keçirilən və azad edilmiş ərazilərdə müəyyənləşdirilməsi istiqamətində işlər aparılır.

Əsasən, Donetsk vilayətində - 428, Xarkovda - 268, Kiyevdə - 117, Nikolayevdə - 81, Zaporojyedə - 80, Xersonda - 77, Çerniqovda - 68, Luqanskda - 65, Dnepropetrovskda - 40 uşaqlar əziyyət çəkiblər.

Xüsusilə, dekabrın 30-da düşmənin Kiyevə raket hücumu nəticəsində 14 yaşlı qız yaralanıb.

Rusiya qoşunlarının həyata keçirdiyi bombardmanlar nəticəsində ümumilikdə 3 126 təhsil müəssisəsi zərər görüb, onlardan 337-si tamamilə məhv edilib.

Ukraynada 330-dan çox uşaq itkin düşmüşlər siyahısındadır.

Mənbə: Ukrinform

Digər xəbərlər
22:18 Müavinət və təqaüd alanlara şad xəbər: Növbəti artım...
22:17 Bakı metrosunda ediləcək dəyişikliklərlə bağlı daha bir rəsmi açıqlama
22:14 Azad olunmuş ərazilərə bu il nə qədər pul xərclənib?
22:11 İlham Əliyev “Sea Breeze”dəki layihələrlə tanış oldu
22:06 Bu məlumatlarınız təhlükədə ola bilər - RƏSMİ XƏBƏRDARLIQ
22:03 Babayan Xocalı soyqırımında iştirak etdiyini məhkəmədə etiraf etdi
22:02 Nazirliyin lisenziya vermədiyi plastik cərrahlar - Onların taleyi necə olacaq?
21:58 “Azəriqaz” İB-nin baş direktoru Bərdə və Tərtər sakinlərinin müraciətlərini dinlədi