21 aprel 2020-ci il tarixində Azərbaycan Respublikasının Xarici İşlər Naziri Elmar Məmmədyarovla Ermənistan Respublikasının Xarici İşlər Naziri Zorab Mnasakanyan ilə onlayn görüşü zamanı Elmar Məmmədyarov Azərbaycan Respublikasının Rrezidentinin və hökumətin apardığı mübarizəni müdafiə edə bilmək qabiliyyətində olmadığını bir daha göstərdi. Millət vəkili Fazil Qəzənfəroğlu və Qüdrət Həsənquliyevin müsahibələri bu məsələyə öz münasibətini gecikdirmədi. Redaksiyamıza müraciət edən döyüşçü pokuror, Azərbaycan dövləti və dövlətçkiliyi üçün canından keçməyə hazır olan Fərman Rzayevdə Elımar müəllimin görüşdəki danışıqlarına öz münasibətini bildirdi. Fərman müəllim Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin komandasında olmağa layiq olmayan Elmar Məmmədyarovun tezliklə komandanın tərkibindən çıxarılmasının vacibliyini vurğuladı. Bu hökumətin məqsədyönlü fəaliyyətinin effektini artıracaqdır.
Döyüçşü prokuror Fərman Rzayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət ünvanlayıbdır.
CƏNAB PREZİDENT ! Sonuncu xarici işlər nazırlərinin (Məmmədyarov, Mnatsakanyan və Lavrov) arasında keçirilən videokonfransda Mnatsakanyanın həyasızcasına beynəlxalq hüquq normalarına məhəl qoymadan indiyə qədər aparılan danışıqlarda əldə edilmiş nisbidə olsa irəliləyişi tapdalayaraq, Lavrovun Qarabağ problemini mərhələ variantından istifadə etməklə həlli təklifini rədd edərək, özünü və Ermənistanı beynəlxalq qurumlara və onların sənədlərinə (BMT- in 4 qətnaməsinə, Aİ VƏ AŞ- in qərarlarına, ATƏT-in bir sıra təkliflərinə və çoxsaylı danışıqlarına)qarşı qoyaraq, təxribata yol vermişdir.Ona görə də, beynəlxalq aləm və beynəlxalq hüquq Ermənistan rəhbərliyini məsuliyyətə cəlb etməlidir.
Digər tərəfdən, Azərbaycanın xarici siyasətini təmsil edən qurum – Xarici İşlər Nazirliyiı nə üçün susur, sanki amorf bir struktura çevrilib. Yarıtmaz fəaliəti ilə vətəndaşların və rəsmi strukturların nifrətinə səbəb olub. Deputatların son çıxışlarıda buna əyani sübutdur. Mən bir vətəndaş kimi nəzərinizə çatdırmaq istəyirəm ku, ,2019 - cu ilin axırlarında ABŞ- da olarkən acınacaqlı bir fakta rast gəldim. Belə ki, dünyanın geosiyasi problemləri həll olunan Nyu- York şəhərində bizim konsulluğumuz yoxdur, Lakin mənfur ermənilərin nəinki Nyu-Yorkda, Los- Ancelesdə və digər ştatlarında konsulluqları var, hətta kasıb hesab etdiyimiz Gürcüstanın da Nyu-Yorkda konsulluğu var. Ona görədə beynəlxalq aləmdə uğursuzluqlara düçar oluruq. Sonra bu yaxında Coronavirusla bağlı Türkiyədəki səfirimiz çıxış edib, deyir ki, bizim vətəndaşların təxliyyəsi ilə bağlı bütün problemlər həll edilib və vəziyyət nəzarətdədi. Dərhal, səhəri səfirin populist çıxışından sonra, internetdə İstanbul aeroportundan reportaj verilərək, azərbaycanlı tələbələrin neçə gün orada ac, pulsuz qalmaları deyildi. Hətta , jurnalist vurğuladı ki, bunların yiyəsi yoxdurmu, səfirliklə də əlaqə saxlamaq istəkləri alınmayıb, telefonlar susub. Qeyd etdiyim məqamlar Xarici İşlər Nazirliyinin yarıtmaz fəaliyyətindən bəhs edir. Digər tərəfdən bir Nazirliyə doğma Azərbaycan dilini bilməyən, beynəlxalq danışıqlarda hətta erməni Xarici İşlər Naziri "Türkcə konuşmağı" təklifinin qarşısında aciz qalan, Məmmədyarov kimi adam rəhbərlik edirsə, biz ondan nə gözləyə bilərik?! Sonuncu videokonfransdakı susması, dediklərimin bariz nümunəsidir.
Cənab Prezident ! Son zaman kadr siyasətinizdə apardığınız təmizləmə işinizin nəticəsində layiqli adamları vəzifələrə gətirmisiz və bu çox təqdirə layiqdir. Hesab edirəm ki, onların sırasında (PA - nın beynəlxalq şöbəsinin rəisi) Hikmət Hacıyev də var. O, Xarici İşlər Nazirliyində çalışarkən mən dəfələrlə beynəlxalq və ölkıdaxili tədbirlərdə onun ingilis, rus və azərbaycan dillərində çox sərrast və peşəkarcasına çıxışlarını dinləmişəm. Onun barəsində internet səhifələrində çıxışım da olub. Bir sözlə, Hikmət Hacıyev yüksək verbal intellektə malik bir kadrdı. Ona görə də bizim xarici siyasətimizin prioritet istiqaməti olan Qarabağ probleminin həlli mərhələsi zamanı H.Hacıyevin Xarici İşlər Naziri postuna gətirilməsi məqsədə müvafiq olardı. Elin gözü tərəzidir...
Döyüşçü prokuror Rərman Rzayev