hemle

30 il İran bizimlə tək qapıya oynayıb - HƏQİQƏTƏN DƏ...

Tarix:7-12-2022, 08:40
Baxış Sayı:136

"Azərbaycan televiziya və radiolarında İranda yaşayan soydaşlarımıza yönəlik verilişlər hazırlanmalıdır".

hemlemedia.az bildirir ki, bunu Milli Məclisin deputatı Ceyhun Məmmədov parlamentin dünən keçirilən plenar iclasında deyib.

Onun sözlərinə görə, İranın bir sıra xəbər agentlikləri, eləcə də televiziya kanalları, xüsusilə "Səhər" kanalı Azərbaycan Prezidenti və xalqının ünvanına davamlı olaraq hədyanlar yağdırırlar: "İran radioları da Azərbaycanın efir məkanına müdaxilə edirlər. Eyni zamanda sosial şəbəkələrdə müəyyən səhifələr yaradılır, Azərbaycanda yaşayan müxtəlif xalqların adlarından istifadə edilərək ölkəmiz əleyhinə təbliğat davam etdirilir. "Səhər" kanalının və İran radiolarının Azərbaycanın efir məkanına müdaxiləsi ilə bağlı uzun müddətdir müzakirələr aparılır, ancaq hələ də bu məsələ həllini tapmayıb. Biz bu barədə ciddi şəkildə düşünməliyik".

Deputat bildirib ki, İranda yaşayan azərbaycanlılar üçün teleradio verilişləri hazırlanmalıdır: "Biz müxtəlif dillərdə, xüsusilə fars və ərəb dillərində Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması və erməni vəhşiliyinin ifşası istiqamətində təbliğat işlərini də qurmalıyıq. Məsələn, qardaş Türkiyənin TRT telekanalı müxtəlif dillərdə yayımlanır, ölkə həqiqətlərini dünyaya çatdırır. Biz də indidən informasiya müharibəsində qələbəmizi gücləndirmək üçün bu cür addımlar atmalıyıq".

Güney Azərbaycan üzrə araşdırmaçı, jurnalist Elman Cəfərli “Şərq”ə açıqlamasında millət vəkilinin kifayət qədər aktual məsələyə toxunduğunu deyib:

“Biz bu barədə iki ildən çoxdur ki, yazırıq, təkliflər veririk. 30 il İran bizimlə münasibətlərə tək qapıya oynayıb. Bakıda İran Mədəniyyət Mərkəzi fəaliyyət göstərib, amma biz Tehranda eyni işi görə bilməmişik. İcazə verməyiblər. İran tele-radioları efir məkanımıza daxil olub, ancaq biz onun qarşısını ala bilməmişik. Azərbaycan tərəfi heç zaman İranla münasibətlərin gərginləşməsində maraqlı olmayıb. Ancaq 44 günlük savaş zamanı və ondan sonra baş verən proseslər göstərdi ki, biz mehriban və dinc qonşuluq siyasəti yeritsək də, İran üçün bunun əhəmiyyəti yoxdur. Onlar Azərbaycanın güclənməsini, Güney üçün nümunəvi sekulyar dövlətə çevrilməsini istəmirlər. Nəhayət, Azərbaycan tərəfi başa düşdü ki, İranı anladığı dildə başa salmaq lazımdır. Biz Arazın o tayında İranın burada etdiyini etməməliyik. Bu, lazım da deyil. Biz 35 milyon azərbaycanlının ana dilində təhsil hüququ məsələsini qoymalıyıq. Azərbaycan televiziyalarında Güneydə baxılan verilişlər hazılamalıyıq. Bu iş sistemli və ardıcıl olmalıdır, kampaniya xarakteri daşımamalıdır. "Səhər-2" Azərbaycanda fəaliyyət göstərir, beyinləri zəhərləyir”.

E.Cəfərlinin sözlərinə görə, Güney Azərbaycan Televiziyasının yerli kabel televiziyaları vasitəsilə yayımına icazə verilməlidir. İri media qrupları Güney Azərbaycanla bağlı layihələr etməlidir:

“Azərbaycan TV-lərində türk tarixi ilə bağlı teleseriallar çəkilməlidir. “Atabəylər” serialının çəkilməsi təqdir olunmalıdır. Siyasi qurumlar, hüquq-müdafiə təşkilatları, media 1 gün də olsa Güneyi yaddan çıxarmamalıdır. Bakıda Güneylə bağlı təşkilatların ofisləri fəaliyyət göstərməlidir. Güneylə bağlı saytlar açılmalıdır. İran rejimi Azərbaycana qarşı təxribat aparan azərbaycanlı satqınlara şərait yaradır. Biz 35 milyonun hüquqlarını qoruyan güneyli mühacirlərə dəstək verməliyik. Bakıda yaşayan güneylilərə rahat oturum izni və vətəndaşlıq verilməlidir”.

Digər xəbərlər
22:09 Universitetlər Bakıdan köçürüləcək?
22:07 Sürücülərin nəzərinə - Bu sənədi artıq AYNA-dan əldə etmək mümkündür
22:05 Şəkər xəstəliyinin erkən əlaməti ola bilər - Üzünüzə diqqətlə baxın, bu ləkələr varsa...
22:03 Hər kəsin zibilə atdığı limon qabığı - Xəzinədir: Faydaları saymaqla bitmir
21:59 Azərbaycanda doktorantura birpilləli sistemə keçirilə bilər - RƏSMİ
21:57 Saxta plastik cərrahlar üçün SON GÜN - Sabahdan....
21:54 Elektron Təhlükəsizlik Xidməti “Telegram” platformasında fişinq hücumlarının artması ilə bağlı xəbərdarlıq edir!
15:02 Aliment ala bilməyənlərə ŞAD XƏBƏR: Fond yaradılır, dövlət qarşılayacaq