hemle

Üç gün sonra toyları olacaqdı, siqaret faciəyə gətirdi

Tarix:17-11-2022, 08:57
Baxış Sayı:131

Şəmkirdə iki nəfərin ağır xəsarət alması ilə nəticələnən yanğın baş verib.

Hadisə rayonun Zəyəm Cırdaxan kəndində yaşayış evində qeydə alınıb. Yanğın zamanı rayon sakinləri - 24 yaşlı Elmar İsmayılov və 18 yaşlı Nərmin Cəfərova yanıq xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər. Hər ikisinin vəziyyətinin ağır olduğu bildirilir.

İlkin ehtimallara görə, hadisə ehtiyatsızlıqdan baş verib. Belə ki, Elmar İsmayılovun yataq ortağında çəkdiyi siqaret yatağa düşüb və yanğın buradan başlayıb.

Qeyd edək ki, Elmar İsmayılov Nərmin Cəfərovanı qaçırıbmış. 3 gün sonra onların toyu olacaqmış. Hazırda hadisənin baş vermə araşdırılır.

DİN Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirib ki, hadisə yerinə Şəmkir rayon Polis Şöbəsinin və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları dərhal gələrək yanğının spnüdürülməsi üçün dərhal tədbirlər görüb:

“2 nəfər yaralı xəstəxanaya çatdırılıb, binanın mühafizəsi təşkil olunub, yanğının digər əraziyə yayılmasının qarşısı alınıb. Hazırda araşdırmalar davam etdirilir”.

Digər xəbərlər
16:54 Sürücülərin NƏZƏRİNƏ: bu küçə təmirə bağlanır
16:48 Mənzilimizi niyə sığorta etdirmək istəmirik? - Qanun var, amma...
16:45 Həftəsonu bəzi yerlərə yağış yağacaq
16:43 Ambulator müalicə alan xəstələrə şad xəbər: Pulsuz dərman təminatı nə vaxt başlayacaq?
16:34 Polkovnik: 972 mina xəritəsi Azərbaycana təhvil verilib, 8-i isə hazırlanır
14:16 Qonşu ölkə işıqsız qaldı
14:13 Bank kartınızdakı pulları belə qoruyun
14:11 Çinin Zəngəzur dəhlizinə yanaşması diqqət çəkir - "Kaspi"nin TƏHLİLİ