hemle

Azyaşlı bacı-qardaşın üzləşdiyi faciəvi hadisənin - Təfərrüatı

Tarix:17-06-2022, 09:40
Baxış Sayı:174

Dünən Sabirabadda bir azyaşlının vəfatı, digərinin isə ağır vəziyyətdə Bakıya çatdırılması ilə nəticələnən zəhərlənmə hadisəsinin təfərrüatları üzə çıxıb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə Şıxlar kəndində Fəxrəddin Rzayevə məxsus evdə baş verib. Belə ki, qonşuluqda yaşayan 1966-cı il təvəllüdlü Səkinə Rzayeva nəvələri: 2008-ci il təvəllüdlü Əhmədzadə Zəhra Emin qızı və 2011-ci il təvəllüdlü Elmar ilə qardaşı Fəxrəddinin evinə təmizlik işləri görməyə gedib. Qadın yaşayış olmayan qardaşı evində təmizlik işləri görərkən nəzarətsiz qalmış uşaqlar evdə olan su qabındakı mayeni içiblər. Az sonra uşaqların ikisinin də səhhəti kəskin pisləşib və onlar Sabirabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Lakin 14 yaşlı Zəhra dünyasını dəyişib, 11 yaşlı Elmar isə ağır vəziyyətdə Bakıya – Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilib. Hazırda Elmar Əhmədzadənin vəziyyətinin normallaşdığı bildirilir.

Faktla bağlı Sabirabad Rayon Prokurorluğunda araşdırma aparılır.

Digər xəbərlər
10:26 Qara dəniz üzərində 3 raket məhv edildi - Kim atıb?
10:23 Bu şəxslər yenidən həbs oluna bilər
10:21 Azərbaycanda Qurban bayramı qeyd olunur
10:17 Çinin yeni gizli döyüş təyyarəsi - Görün nələrlə təchiz edilib
10:15 Rusiya HƏRƏKƏTƏ KEÇDİ - Ukraynada kritik infrastrukturlar VURULUR
10:12 Paşinyanla keşişlərin amansız savaşı: Ermənistanda nə baş verir?
10:10 Bu günün hava proqnozu açıqlandı
10:07 Bakıda bayram namazı qılındı